“Kapital Bank” nizamnamə kapitalından ən yaxşı istifadə edən bankdır
Azərbaycanda fəaliyyət göstərən 26 bank ötən ili 609 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 4 milyard 611 milyon 838 min manat məbləğində nizamnamə kapitalının 13,2%-i qədərdir.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, 2021-ci ildən mənfəətlə çıxmış 23 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Kapital Bank" ASC olub. Bu bankın əldə etdiyi mənfəət kapitalının 73,2%-ni təşkil edib. Baxmayaraq ki, "Kapital Bank" kapitalının məbləğinə görə ölkədə 7-cidir.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri isə “Bank of Baku” ASC tutub. Bu bank ötən il nizamnamə kapitalının 43,6%-i qədər mənfəət əldə edib. Bu arada, "Bank of Baku" kapitalının məbləğinə görə, 26 bank arasında 22-ci yerdə qərarlaşıb.
3-cü yerə isə “Bank Respublika" ASC sahib çıxıb. Bu bankın illik mənfəəti nizamnamə kapitalının 26,6%-i qədər olub. Halbuki, "Bank Respublika" kapitalının məbləğinə görə, banklar arasında 16-cıdır.
Mənfəətlə işləyən qalan 20 bankdan isə 4-də sözügedən göstərici 13-26% arasında, 12 bankda 1-8% arasında, 4 bankda isə 0-1% arasında dəyişir.
№ | Bankın adı | Bankın illik mənfəətinin /zərərinin nizamnamə kapitalına nisbəti |
1 | Kapital Bank | 73,2% |
2 | Bank of Baku | 43,6% |
3 | Bank Respublika | 26,6% |
4 | PAŞA Bank | 25,4% |
5 | Azərbaycan Beynəlxalq Bankı | 16,8% |
6 | Zıraat Bank Azərbaycan | 14,1% |
7 | AFB Bank | 13,2% |
8 | Xalq Bank | 7,5% |
9 | Naxçıvan Bank | 7,0% |
10 | Express Bank | 6,8% |
11 | Azərbaycan Sənaye Bankı | 3,7% |
12 | Unibank | 3,6% |
13 | Yelo Bank | 3,1% |
14 | Rabitəbank | 2,7% |
15 | Bank Avrasiya | 1,6% |
16 | Muğan Bank | 1,4% |
17 | Bank VTB Azərbaycan | 1,3% |
18 | Premium Bank | 1,3% |
19 | Azər-Türk Bank | 1,1% |
20 | Bank BTB | 0,8% |
21 | Turan Bank | 0,8% |
22 | Günay Bank | 0,6% |
23 | Access Bank | 0,4% |
24 | Yapı Kredi Bank Azərbaycan | -1,7% |
25 | İran Milli Bankı - Bakı | -2,7% |
26 | Pakistan Milli Bankı - Bakı | -4,3% |
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 9 saat sonra
-
4 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















