Yeni Samsung Galaxy S22 və Galaxy S22+ flaqmanlarını əldə etmək üçün əsas 4 səbəb
(®) Qlobal elektrotexnika və texnologiya nəhənginin bu yaxınlarda təqdim etdiyi yeni məhsul xətti əsl səs-küyə səbəb oldu. Yeni Galaxy S22 və Galaxy S22 + smartfonları dərhal diqqəti özlərinə cəlb edərək, müsbət rəylər eldə etdilər. Gəlin, bu flaqmanların xüsusiyyətlərini yaxından incələyək və seçiminizin niyə məhz bu smartfonlar olması səbəblərinə nəzər salaq.
1) Burada ilk növbədə, əla displeyi qeyd etmək lazımdır. Uzun illərdir ki, Samsung cihazlarında istifadə etdiyi bütün displey texnologiyalarını özü istehsal edərək, uğur qazanır və bu sahədə onun bazarda birbaşa rəqibi demək olar ki, yoxdur. Vizual olaraq, Samsung Galaxy S22 və Galaxy S22+ ekran ölçüsü ilə fərqlənir. Galaxy S22 Dinamik AMOLED 2X 6.1 ″ FHD+, təsvir ölçüsü 2400 × 1080, piksel sıxlığı 425 ppi olan ekrana malikdir, Galaxy S22+ isə 2340×1080 təsvir ölçüsü və 393 ppi sıxlığı ilə 6,6” eyni tip ekranla təchiz olunub. Sözü gedən bu displey, LTPO texnologiyası ilə hazırlanmışdır və 120Hz-ə qədər yenilənmə tezliyini dəstəkləyir. Həmçinin, smartfonların displeyi Vision Booster (parlaq gün və ya gecə işığı üçün təzadlığın tənzimlənməsi) və Eye Comfort Shield (zərərli mavi işığa nəzarət) funksiyalarını dəstəkləyir. Əlavə olaraq, qeyd etmək lazımdır ki, Galaxy S22+ yüksək parlaqlıq ehtiyatına malik olub, pik nöqtəsində 1750 nits göstəricisini ifadə edir. Bu bacarığın sayəsində, bu ekranda hətta ən parlaq günəş işığında belə, hər detalı aydın şəkildə görə bilərsiniz.
2) İkinci səbəb, əlbəttə ki, kameralardır. Smartfonlar peşəkar dərəcəli 3 kamera ilə təchiz olunub ki, bu da ən əlverişsiz şəraitlərdə belə gözəl şəkillər çəkməyə imkan yaradır. Kamera blokuna aşağıdakılar daxildir:
• Süni zəka sayəsində gecələr fantastik fotolar çəkən 50 MP geniş bucaqlı kamera.
• 120° baxış bucağı olan 12 MP ultra geniş kamera.
• 3x optik böyütmə və təsvir sabitləşdirməsi ilə telefoto obyektiv (10 MP).
Smartfon həm də xüsusi rejimlər sayəsində sizə özünüzü peşəkar fotoqraf kimi hiss etmək imkanı yaradır. Buna misal olaraq, Nightography rejimini qeyd etmək olar ki, proqram təminatı və optik sabitləşməni özündə birləşdirən bu rejim, hətta zəif işıqlandırma şəraitində belə, yüksək keyfiyyətli foto və videolar təqdim edir. Üstəlik, Super Night Solution-un köməyi ilə günün qaranlıq vaxtında video çəkiliş etdiyiniz zaman aydın detallı məzmun yarada bilərsiniz.
Ön kamera burada 10 MP təsvir ölçüsünə malikdir, əla selfilər çəkməyə imkan yaradır və mükəmməl fotoşəkillər əldə etmək üçün bir çox rejimi dəstəkləyir.

3) Güclü içlik - cihazlar Exynos 2200 üzərindən işləyir. Bu, 4 nm texniki standarta uyğun hazırlanmış səkkiznüvəli prosessordur. İstehsalçı qeyd edir ki, bu innovativ çip “Galaxy” seriyasında təmsil olunmuş ən sürətli prosessordur. Ən əsası, sözü gedən bu çipset, yeni effektiv qrafen istilik paylayıcısı ilə qızmalara daha davamlıdır. AMD ilə birgə hazırlanmış Xclipse 920 sürətləndiricisi isə burada qrafika üçün cavabdehdir. Quraşdırılmış yaddaş - 8 GB RAM və daxili isə 128 və ya 256 GB təşkil edir.
4) Böyük tutumlu batareya və sürətli yükləmə. Galaxy S22 seriyasının super güclü və ağıllı batareyası sizin tələb və maraqlarınıza uyğunlaşır. O, ən çox ehtiyac duyduğunuz anda enerjiyə qənaət edir və batareyanın ömrünü uzadır. Qeyd edək ki, smartfonların həm də batareya tutumu fərqlidir. Samsung Galaxy S22+ 4500 mAh, Samsung Galaxy S22 isə 3700 mAh batareyaya malikdir.
Xatırladaq ki, Samsung Galaxy S22 smartfonları artıq Azərbaycan bazarında da satışa çıxarılıb. Galaxy S22 məhsul xəttinin ən son cihazları haqqında əlavə məlumatı Samsung-un rəsmi internet saytından, həmçinin Baku Electronics, Irshad, Kontakt Home, Maxi.az, Soliton, World Telecom və Optimal mağazalar şəbəkəsində əldə bilərsiniz.
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
1 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
2 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
2 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
2 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Ən çox oxunanlar
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür










.jpg)












