18 Mayda 2 sərgi öz qapılarını açır - rekord sayda milli və regional stendlər
Mayın 18-dən 20-dək 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri keçiriləcək.
Təşkilatçının yaydığı məlumatda bildirilir ki, bu il sərgidə rekord sayda milli və regional stendlər nümayiş olunacaq. Aşağıda qeyd olunan ölkələr kənd təsərrüfatı və qida sənayesi məhsullarını təqdim edəcəklər: Almaniya, Amerika Birləşmiş Ştatları, Belarusiya Respublikası, Böyük Britaniya, Gürcüstan, Italiya, Niderland Krallığı, Rusiya Federasiyası, Şri Lanka, Türkiyə.
“Caspian Agro” kənd təsərrüfatı sahəsində ən böyük beynəlxalq sərgidir. Sərgi bölmələri arasında: kənd təsərrüfati texnikasi, kənd təsərrüfati landşafti, kənd təsərrüfatinda innovasiya texnologiyalari, heyvandarliq və quşçuluq, yemlər, baytarliq, bitkiçilik, meyvə və tərəvəzlərin yetişdirilməsi, gülçülük, pambiq emali, tekstil və s. yer alır.
Almaniya, Amerika Birləşmiş Ştatları, Azərbaycan, Belarusiya Respublikası, Gürcüstan, İspaniya, İtaliya, Niderland Krallığı, Rusiya Federasiyası, Türkiyə kimi ölkələrdən olan şirkətlər bu il “Caspian Agro” sərgisində iştirak edəcək. İştirakçıların tam siyahısı ilə https://caspianagro.az/ rəsmi saytında tanış olmaq olar.
“Gübrə.az” və “Silo Construction” şirkətləri “Caspian Agro” sərgisinin sponsorları arasındadır.
Bu il “Caspian Agro” sərgisi Ağıllı Kənd, Süni İntellekt, İT xidmətləri, Pilotsuz uçuş aparatları (Dronlar) kimi bölmələri əhatə edən “Smart Agro” istiqamətini təqdim edir. Sərginin işgüzar proqramı sadalanan mövzulara uyğun olacaq. Belə ki, mayın 18-də sərgi çərçivəsində “Smart Agro: Kənd Təsərrüfatında İnnovasiyaların təbliği” konfransı keçiriləcək.
“Caspian Agro” sərgisi ilə eyni vaxtda Xəzər regionunun qida sənayesi şirkətlərinin əsas görüş yeri olan “InterFood Azerbaijan” sərgisi keçiriləcək. Bu il sərgidə Azərbaycan, Hindistan, İtaliya, Litva, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka şirkətləri iştirak edəcək (ətraflı məlumat üçün linkə daxil olun: https://interfood.az/).
Sərgidə təqdim edilən bütün məhsullar aşağıdakı kateqoriyalara bölünür: InterFood (qida sənayesi), InterDrink (içkilər), InterFoodTech (texnologiyalar) və HalalFood.
Sərgilərdə iştirakçılara və ziyarətçilərə geniş işgüzar proqram təqdim olunacaq. Belə ki, “InterFood Azerbaijan 2022” çərçivəsində komandalara və ayrı-ayrı şəxslərə öz sahələrində yüksək peşəkarlıq, istedad və qlobal miqyasda otel və restoran biznesinin tələblərinə cavab vermək istəyi nümayiş etdirmək imkanı verən 2-ci Azərbaycan Aşpazlar Çempionatı “Chefs Cup” keçiriləcək. Ziyarətçilər həmçinin Bakı Ekspo Mərkəzinin foyesində təşkil olunacaq tərəvəz və meyvələrdən ibarət "Qida - sənət əsəri" sərgisi: Dekorativ yeməklərin kompozisiyaları ilə tanış olmaq imkanı əldə edəcəklər.
Ənənəvi olaraq, sərgilər yerli və xarici şirkətlərin nümayəndələrinin əməkdaşlıq üsullarını və gələcək tərəfdaşlıq üsullarını üz-üzə müzakirə edə biləcəyi ikitərəfli işgüzar görüşlərə (B2B), həmçinin özəl şirkətlərin nümayəndələrinin dövlət qurumlarının nümayəndələri ilə görüşmək imkanına malik ola biləcəyi ikitərəfli işgüzar görüşlərə (B2G) ev sahibliyi edəcək.
Beləliklə, sərgi ziyarətçiləri yeniliklərlə tanış olmaq, ixtisaslı mütəxəssislərlə məsləhətləşmək, eləcə də müxtəlif iştirakçıların təkliflərini gözdən keçirmək imkanı əldə edəcəklər.
Caspian Agro 2022 и InterFood Azerbaijan 2022 sərgiləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aktiv dəstəyi və iştirakı ilə keçirilir. Sərgilər Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir. Sərgilərin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti və onun bir sıra beynəlxalq tərəfdaşlarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat əvvəl
Azərbaycan və İranın XİN rəhbərləri regional prosesləri nəzərdən keçiriblər
-
- 4 saat əvvəl
-
8 saat əvvəl
İran aviaşirkətlərinin Azərbaycana uçuşları müvəqqəti dayandırılıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
9 saat əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
10 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Invest-AZ”dan böyük yenilik – Treydinq tətbiqə gətirildi
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

























