KOB Fest sərgi-satış yarmarkası bu dəfə Gəncə şəhərində
Növbəti KOB Fest sərgi-satış yarmarkası mayın 13-də Gəncə şəhərində təşkil olunacaq.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Gəncə şəhərinin sakinlərini və qonaqlarını “KOB Fest”ə dəvət edir.
Yarmarkada Gəncə şəhərinin və ətraf rayonların KOB subyektləri tərəfindən istehsal edilən qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların, yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq və satışı həyata keçiriləcək. “KOB Fest” çərçivəsində həmçinin, bölgədə fəaliyyət göstərən KOB-ların xidmətləri təqdim olunacaq, sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi üçün ikitərəfli görüşlər keçiriləcək, biznes xidmətlər göstəriləcək, mədəni-əyləncəli proqram təşkil ediləcək.
“KOB Fest”in təşkilində məqsəd Gəncə və ətraf rayonların KOB subyektləri tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsidir.
Gəncə şəhərində Xan bağının ərazisində təşkil olunacaq KOB Fest sərgi-satış yarmarkası saat 10:00-dan 20:00-dək ziyarətçilər üçün açıq olacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
28 d. əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
-
- 30 d. əvvəl
- 32 d. əvvəl
- 33 d. əvvəl
- 34 d. əvvəl
- 37 d. əvvəl
- 38 d. əvvəl
- 39 d. əvvəl
- 40 d. əvvəl
-
48 d. əvvəl
Maşın almaq istəyənlərə Xalq Bankdan sərfəli kredit – Şərtlər açıqlandı ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün ®
























