Son 2 ildə 62 yeni qida milyarderi meydana çıxıb
Britaniyanın beynəlxalq xeyriyyə təşkilatı Oxfam qida və enerji sahələrində fəaliyyət göstərən milyarderlərin sərvətinin iki il əvvəlki ilə müqayisədə 453 milyard dollar artdığını açıqlayıb. Oxfam-a görə, bu dövrdə sürətlə artan ərzaq qiymətləri səbəbindən “62 yeni qida milyarderi” meydana çıxıb. Oxfam Davosda toplaşan dünya liderlərini son 20 ilin ən ciddi yoxsulluq problemini super varlılara sərvət vergisi tətbiq etməklə həll etməyə çağırıb.Böyük Britaniyanın xeyriyyə təşkilatı Oxfam-ın hesabatına görə, qida və enerji milyarderlərinin sərvəti son iki ildə enerji və əmtəə qiymətlərindəki kəskin artımlar nəticəsində 453 milyard dollar artıb.
Marja.az "Oxfam"ın hesabatına istinadən xəbər verir ki, sürətlə artan ərzaq qiymətləri səbəbindən son 24 ayda “62 yeni qida milyarderi” meydana çıxıb.
Dünyanın ən böyük qida şirkətlərindən biri olan "Cargill" ailəsinə mənsub milyarderlərin sayı pandemiyadan əvvəl 8-dən 12-yə yüksəlib. Üç qida nəhəngi ilə birlikdə "Cargill" dünya kənd təsərrüfatı bazarının 70 faizinə nəzarət edir.
“263 milyon insan yoxsulluq həddindən aşağı düşəcək”
Keçən il orta hesabla 30 faiz artan ərzaq qiymətlərinin pandemiyadan əvvəlki ilə müqayisədə 263 milyon daha çox insanı yoxsulluq həddinin altına salacağı gözlənilir. Bu rəqəm Böyük Britaniya, Fransa, Almaniya və İspaniyanın ümumi əhalisinə bərabərdir və ilin sonuna qədər gündə 1,90 dollarla yaşayan insanların sayını 860 milyona çatdıracaq.
Oxfam Davosda toplaşan dünya liderlərini son 20 ilin ən ciddi yoxsulluq problemini super varlılara sərvət vergisi tətbiq etməklə həll etməyə çağırıb.
Xeyriyyə təşkilatı, Argentinanın pandemiya zamanı milyarderlərə tətbiq etdiyi birdəfəlik vergiyə istinad edərək hökumətlərin oxşar yolu tutmalı olduğunu qeyd edib. Argentina ötən il vergi yığımını 1,5 milyard dollar artırıb.
Təşkilat “nəhəng sərvət və güc monopoliyalarının” yaradılmasının qarşısını almaq üçün daimi sərvət vergisi təklif edib. Belə ki, sərvət vergisi milyonçular üçün 2%, milyarderlər üçün isə 5% oolarsa illik 2,5 trilyon gəlir təmin edər. Oxfam qeyd edir ki, bu rəqəm 2,3 milyard insanı yoxsulluqdan xilas edəcək, aşağı və aşağı-orta gəlirli təbəqələrdə olan hər kəs üçün universal sağlamlıq və sosial müdafiəni təmin edəcək.
Qurumun üçüncü tələbi bütün iri şirkətlərin gözlənilməz gəlirlərinə əlavə vergilər qoymaqla böhrandan sui-istifadənin qarşısını almaqdır. Əvvəllər İngiltərədəki Leyboristlər Partiyası neft və qaz şirkətləri üçün oxşar təkliflə çıxış etmişdi.
Oxfam vurğulayır ki, bu vergi yalnız ən böyük 32 transmilli şirkətə tətbiq edilərsə, 2020-ci ildə 104 milyard dollar resurs əldə edilə bilər.
Oxfam, Covid-19 böhranının milyarderlər üçün tarixdə qeydə alınan ən yaxşı dövr olduğuna diqqət çəkib. Pandemiya dövründə 573 yeni milyarderin yarandığı bildirilir.
Forbes jurnalının siyahısına görə, dünya milyarderlərinin ümumi sərvətinin 12,7 trilyon dollar olduğu təxmin edilir. Bu rəqəm dünya ÜDM-nin 13,9 faizinə bərabərdir.
Müştərilərin xəbərləri
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
7 d. əvvəl
“Araz” yerli fermerlərə dəstək üçün yeni əməkdaşlığa başlayıb
-
- 30 d. əvvəl
- 1 saat əvvəl
-
12 saat əvvəl
“Hörmüzə daxil olan tanker vuruldu — İki dənizçi yaralandı, sığorta riski yenidən yüksəldi”
-
13 saat əvvəl
Azərbaycanın Gürcüstandan avtomobil idxalı 18%-ə yaxın azalıb
-
13 saat əvvəl
Nazirlər Kabineti məktəbli formalarına dair dəyişiklikləri təsdiqləyib
-
13 saat əvvəl
Zelenski: ABŞ-la dialoq aparılır, sülhə yaxınlaşmaq üçün təkliflər var
-
13 saat əvvəl
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
- 13 saat əvvəl
-
13 saat əvvəl
AZAL Mərkəzi Asiyada şəbəkəsini genişləndirib – həftədə 47 reys
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Araz” yerli fermerlərə dəstək üçün yeni əməkdaşlığa başlayıb
Məşhur restoran şəbəkəsi Metroparka gəlir
“Hörmüzə daxil olan tanker vuruldu — İki dənizçi yaralandı, sığorta riski yenidən yüksəldi”
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
"Monetri" BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Ən çox oxunanlar
AZAL Mərkəzi Asiyada şəbəkəsini genişləndirib – həftədə 47 reys
ADY Hamburq Limanı ilə mühüm razılaşma imzaladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Novo Nordisk “Novo” adı ilə yeni mərhələyə başlayır ®
“AzerGold”a yeni sədr müavini təyin olunub
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
























