“DəmirBank” xidmətlərin satınalınması məqsədi ilə tender elan edir
Fəaliyyətində daima müştəri məlumatlarının təhlükəsizliyini əsas tutan "DəmirBank" ASC 2017-cı ildə aşağıda qeyd edilmiş xidmətlərin göstərilməsi məqsədilə əlavə tender elan edir:
Lot 1(20). Şəbəkə perimetrlərinin təhlükəsizliyinin təmin edilməsi - Приобретение решения по обеспечению безопасности периметра сети (Perimeter Security Solution).
Lot 2 (21). Son nöqtələrin təhlükəsizliyinin təmin edilməsi - Приобретение решения по обеспечению безопасности конечных точек (Endpoint Security Solution).
Tender iştirakçıları Lotlar üzrə əlavə məlumatı AZ1008, Baki şəhəri. Qarabağ küçəsi, 31 ünvanından və Bankın www.demirbank.az saytından əldə edə bilərlər.
İştirakçılar tenderdə iştirak etmək üçün 29 iyun 2017-ci il saat 18:00-dək aşağıdakı sənədləri poçt vasitəsi ilə və ya şəxsən təqdim etməlidirlər:
·Tenderdə iştirak etmək üçün ərizə;
·Xidmətin göstərilməsi üzrə lisenziya və ya sertifikatların surətləri (tələb olunduqda);
·Tender təklifi (əlavə edilmiş spesifikasiyaya uyğun təqdim olunmalıdır);
·Tender təklifini xidmət müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
·İddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə (əgər daha az müddət fəaliyyət göstərirsə, həmin fəaliyyət dövrü haqqında) bank tərəfindən balans göstəricilərinə əsasən verilmiş arayış (bu sənəddə iddiaçının maliyyə vəsaitlərindən istifadə etmək imkanını təsdiq edən məlumatlar olmalıdır).
·İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) surətləri;
·İddiaçı fiziki şəxs olarsa fəaliyyətini əks etdirən sənədlərin (lisenziya, VÖEN, Şəxsiyyət vəsiqəsi və s.) surətləri;
·Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış.
Tender təklifləri 29 iyun 2017-ci il tarixi saat 18:00-dək imzalanmış, ikiqat zərfə qoyulmuş, möhürlənmiş şəkildə AZ1008, AR. Bakı şəhəri. Qarabağ küçəsi 31. DəmirBank ASC-nin Baş Ofisi ünvanına təqdim edilməlidir.
Xidmətləri beynəlxalq standartların tələblərinə cavab verən, analoji işlərdə təcrübəsi, idarəetmə səriştəsi, peşəkarlığı texniki və maliyyə imkanları olan iddiaçılar tenderdə iştirak edə bilərlər.
İştirakçılar tender zərflərinin qəbulu və əlavə məlumat almaq üçün əlaqələndirici şəxslə əlaqə saxlaya bilərlər:
Əlaqələndirici şəxs: Mikayılova İradə.
Ünvan: AZ1008, AR. Bakı şəhəri. Qarabağ küçəsi 31. DəmirBank ASC-nin Baş Ofisi.
Telefon: +994 077 250 61 55; +994 12 444 71 71 (saxili 338)
Faks: +994 12 444 72 14.
Tender üzrə bütün prosedurlar (yazışmalar, sənədləşmə və s.) Azərbaycan Respublikasının dövlət dilindədir. Lot üzrə təkliflərin əlavə olaraq Rus və İngilis dillərində də təqdim edilməsi uyğundur. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil olunduqları ölkələrin dilində hazırladıqları təkliflərin Azərbaycan/Rus/İngilis dillərinə tərcümə olunmuş və iddiaçı tərəfindən təsdiq edilmiş mətnini əlavə etməlidirlər.
Təkliflərdə tender predmetini səciyyələndirən bütün zəruri parametrlər, o cümlədən işin icrasının texniki cəhətləri, dəyəri, vaxtı, yeri, idarəetmə qaydası, haqqın ödənilən forması və sair göstəricilər bildirilməlidir. İddiaçı tender predmeti olan işi necə icra edəcəyi barədə istənilən məlumatı öz təklifinə daxil edə bilər.
Təkliflərin qiymətləndirilməsində aşağı qiymət, yüksək keyfiyyət, xidmətlərin vaxtında çatdırılmsı yerinə yetirilməsi, anoloji işlərdə təcrübəsi, maliyyə vəziyyəti kimi meyarlara üstünlük veriləcək. Göstərilən meyarlar üzrə məlumatlar barədə sənədlər təqdim edilməlidir.
Tender təkliflərinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra azı 30 bank günü olmalıdır.
Tender komissiyası
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 saat sonra
-
15 d. əvvəl
Aprelin 16-da gözlənilən hava şəraiti - Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var
-
- 31 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
VTB (Azərbaycan) 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək
- 2 saat əvvəl
-
3 saat əvvəl
Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbulu elan olundu
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Aprelin 16-da gözlənilən hava şəraiti - Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var
18 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Azərbaycanın Neft Fondu Çin və İndoneziya qurumları ilə platforma yaratdı - 520 milyon dollar cəlb edilib
“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək
Ən çox oxunanlar
Yenilənmiş 100 manatlıq pul nişanı tədavülə buraxıldı
Ticarət şəbəkələri zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi üzrə təkliflər hazırlayıblar
“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək - 300-dən çox şirkəti bir araya gətirəcək sərgi
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda daha bir bank zərər ilə işləməyə başlayıb





.jpg)





.jpg)





