Toyota-nın prezidenti rekord məbləğdə mükafat alıb
2021-ci maliyyə ilinin nəticələrinə görə (31 mart 2022-ci ildə başa çatıb) Yaponiyanın ən böyük avtomobil korporasiyası Toyota Motor-un prezidenti Akio Toyoda şirkətin tarixində rekord məbləğdə - 685 milyon yen (cari məzənnə ilə 5 milyon dollardan çox) mükafat alıb. Bu, ötən il ona ödənilən 240 milyon yen (təxminən 1,8 milyon dollar) mükafatdan çoxdur.
Marja xəbər verir ki, cümə günü Asahi qəzeti korporativ sənədlərə istinadən bu barədə məlumat yayıb.
Toyota Motor şirkətinin 2021-ci maliyyə ilində tarixində ən yüksək gəlir və mənfəət əldə etməsinə rəhbərlik etdiyinə görə Akio rekord qıran mükafata layiq görülüb. Korporasiyanın yuxarı rəhbərliyi əmək haqqı deyil, onların fəaliyyətinin nəticələrinə əsasən müəyyən edilən il üzrə birdəfəlik ödəniş alırlar.
Eyni zamanda, korporasiyanın direktorlarından biri, ABŞ vətəndaşı Ceyms Kuffner prezidentdən daha böyük - 960 milyon yen (7 milyon dollardan çox) mükafat alıb. Bu onunla bağlıdır ki, onun vətənində belə ödənişlərin müəyyən edilməsi üçün başqa, daha "səxavətli" prinsiplər qəbul edilib.
2021-ci maliyyə ilinin sonunda Toyota Motor-un xalis mənfəəti 26,9% artaraq 2,85 trilyon yen (21,2 milyard dollar) təşkil edib. Bu, pandemiya səbəbindən yarımkeçirici çatışmazlığı və tədarük zəncirinin pozulması nəticəsində yaranan istehsal fasilələrinin mənfi təsirini kompensasiya edən Yaponiya, Şimali Amerika və Çində korporasiyanın avtomobillərinə güclü tələbatla bağlı olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
3 saat əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
3 saat əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
3 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi












.webp)










