"İnvestisiya dəyəri 60 milyon manatdan çox olan 15 layihəyə baxılır"
İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev indiyədək Ağdam Sənaye Parkında görülmüş işləri açıqlayıb.
Elşad Nuriyev bildirib ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası məqsədilə dövlət başçısının 2021-ci il 28 may tarixli fərmanı ilə 190 hektar ərazidə Ağdam Sənaye Park yaradılıb. Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Park yaradılandan orada işlərin görülməsi mərhələli şəkildə, plana uyğun olaraq həyata keçirilir.
"İlk olaraq Parkın ərazisi tam olaraq minalardan və hərbi sursatlardan tam təmizləndi. Rezidentlərin sənaye parkında işə başlaması üçün parkda hər cür lazımı şəraitin yaradılması istiqamətində işlər görülür. Belə ki, burada çalışacaq işçilərin rahatlılığının təmin edilməsi məqsədilə sənaye parkında mobilizasiya şəhərciyi salınıb. Mobil şəhərcikdə konteyner tipli 8 ədəd yataqxana (40 nəfərlik), tibb məntəqəsi, 2 ədəd ofis, ərzaq və təsərrüfat marketləri, aptek, yeməkxana, camaşırxana, idman meydançası və 2 ədəd sanitar qovşağı inşa olunub. Sənaye parkının ərazisində tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədilə 350 metr dərinliyində subartezian quyusu qazılıb. Əraziyə 10 kilovoltluq elektrik xətti çəkilib və 630 kilovoltluq transformator məntəqəsi quraşdırılıb. Belə ki, işğaldan azad olunduqdan sonra Ağdam şəhərində ilk elektrik enerjisi və su təchizatı sistemi Ağdam Sənaye Parkının ərazisində quraşdırılıb. Sənaye parkının işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir.
Artıq sənaye parkının rezidentləri tərəfindən onlara ayrılmış ərazilərdə torpaq (hamarlama) işlərinə başlanılıb, avqust ayından etibarən tikinti işlərinə başlanması planlaşdırılır. 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkının hazırda 9 rezidenti var və bu rezidentlər tərəfindən sənaye parkına 50 milyon manatdan çox investisiyanın yatırılması və 1 000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bununla yanaşı, İqtisadi Zonaların İnkişafı Agentliyində Ağdam Sənaye Parkının rezidenti olmaq üçün sahibkarlar tərəfindən təqdim edilən investisiya dəyəri 60 milyon manatdan çox olan 15 layihəyə baxılır və bu layihələrin reallaşdırılması nəticəsində 800 nəfər daimi işlə təmin ediləcək.
Azad edilmiş ərazilərdə yaradılan Ağdam Sənaye Parkının və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının tez bir zamanda dolacağını gözləyirik".
İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri "Ağdam Sənaye Parkında fəaliyyət göstərməsi üçün qeydiyyatdan keçən müəssisələr nə vaxt fəaliyyətə başlayacaq? Sənaye parkında ilk istehsal nə zamana planlaşdırılır?" sualına belə cavab verib:
"Qeyd etdiyim kimi Ağdam Sənaye Parkının hazırda 9 rezidenti var və qeydiyyata alınmış bu layihələr üzrə müəssisələrin tikintisinə yaxın vaxtlarda başlanılması nəzərdə tutulur. İlk müəssisənin (ilk istehsalın başlanması) isə 2024-2025-ci illərdə fəaliyyətə başlaması planlaşdırılır".
Elşad Nuriyev əlavə edib ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına da sahibkarlar tərəfindən maraq çox böyükdür. Sənaye parkında artıq bir sahibkarlıq subyektinə ("KAMAZ Lizinq Azərbaycan" MMC-yə) rezidentlik statusu verilib. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti olmaq üçün 10-dan çox layihəyə baxılır. Sözügedən layihələr dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların, dəmir əritmə və dəmir məmulatların, pambıq ipliyin, beton borunun, kirəmit və kərpicin istehsalı, texniki xidmət mərkəzinin təşkili və yük avtomobillərinin yığımı, TIR parkı və ofisin təşkili olunması layihələridir.
İllik 13.99%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
3 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
8 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb




























