“Çəkisi 1 tona çatan cins heyvanlar yetişdiririk”
“Tovuz Aqro”da bu ilin altı ayında 362 ton ət istehsalı həyata keçirilib. Aqroparkın təsərrüfatında “Simmental”, “Aberdin Anqus”, “Limuzin”, “Şarole”, “Lebedin” və “Ağ baş” cinsləri olan iribuynuzlu heyvanlar saxlanılır. Ceyrançöldə yerləşən təsərrüfatda arpa, buğda və yonca əkini də həyata keçirilir.
Ceyrançöl ərazisində yerləşən aqroparkın heyvandarlıq təsərrüfatı ətlik istiqamət üzrə inkişaf etdirilir. Təsərrüfatda yetişdirilən heyvanların diri çəkisi bəzən 1 tona yaxın olur.
“Bu cinslərin burada eyni zamanda tədqiqatı işləri də aparılır. Yəni, yerli iqlim şəraitinə adaptasiya edən heyvanların artırılması ilə məşğuluq. Ölkəmizdə ərzaq bolluğuna öz töhfəmizi verməyə çalışırıq. Qeyd etmək istərdim ki, təsərrüfatımızda çəkisi 1 tona çatan cins heyvanlar da yetişdiririk. Həmin cins heyvanlar Ukraynadan gətirilən “Lebedin” cinsindəndir. Ət çıxarı əsasən 55-60 faizlə emal edirik”, - deyə “Tovuz Aqro”nun direktoru Etibar Zeynalov bildirib.
Aqropark üç istiqamət - ətlik heyvanların yetişdirilməsi, əkinçilik və ət emalı sahələri üzrə ixtisaslaşıb. İndiyədək aqroparka 22,7 milyon manat investisiya yatırılıb. Aqroparkın 1500 başlıq heyvandarlıq kompleksində 1200 baş cins iribuynuzlu heyvan saxlanır. “Kəsimə gedən cins heyvanların əti ilə yerli cins heyvanların əti arasında böyük fərq var. Cins heyvanlar həm ət kəsimində faiz yüksəkliyi, həm ətin keyfiyyəti, həm də daxili orqanlarında yağlılıq səviyyəsinin aşağı olması ilə fərqlənir, – deyə aqroparkın baytar həkimi Ruslan Məmmədtağıyev bildirib.
2018-ci ildən fəaliyyətə başlayan aqroparkda hazırda 75 nəfər daimi, 19 nəfər isə mövsümi işlə təmin edilib. Aqroparkın 550 hektar əkin sahəsi müasir suvarma sistemi ilə becərilir. Ötən il aqroparkda 800 ton arpa, 1000 ton buğda, 240 ton dən qarğıdalı, 973 ton ət istehsal edilib. Cari ilin 6 ayında isə aqroparkda 1200 ton buğda, 994 ton arpa, 465 ton yonca, 362 ton ət istehsalı həyata keçirilib. Arpa üzrə orta məhsuldarlıq 6,2 ton, buğda üzrə isə 6 ton olub. Bu da olduqca yaxşı göstəricidir.
Təsərrüfatda yem bazasının formalaşması daxili imkanlar hesabına təşkil edilib. Belə ki, ümumi tutumu 3000 kub metrlik müasir taxıl anbarı, istehsal gücü saatda 10 ton olan və Türkiyə texnologiyası əsasında inşa edilən yem zavodu və ümumi tutumu 40 ton olan soyuducu kameralar fəaliyyət göstərir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən aqroparka dəstək olaraq 7 milyon manat güzəştli kredit verilib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 gün sonra
-
1 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
-
1 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
1 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
7 saat əvvəl
50 milyondan çox istifadəçisi olan OPay 500 milyon dollar cəlb etməyi planlaşdırır
-
9 saat əvvəl
Naxçıvan Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsinə təyinat olub
- 9 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda ərzaq bahalaşır: Ən çox qiyməti artan məhsullar açıqlanıb - Rəsmi rəqəmlər
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan 1,55 milyon litr şərab ixrac edib – Əsas alıcı ölkələr açıqlandı
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 9 ayda 164,5 milyon manat ƏDV geri qaytarılıb
Azərbaycanda ərzaq bahalaşır: Ən çox qiyməti artan məhsullar açıqlanıb - Rəsmi rəqəmlər
Ən çox oxunanlar
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli 96 milyon manat artıb – Ən böyük artım biznes kreditlərindədir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Sizin Lombard”dan "75/25 Payız fürsəti" ®
Azərbaycanda oyuncaqların satışı və idxalı ilə bağlı yeni qaydalar təsdiqləndi – 6 ay sonra qüvvəyə minəcək
Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda! ®
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib






















