“PAŞA Bank” risklərin idarə edilməsi sahəsində böyük konfrans keçirəcək
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” növbəti dəfə böyükmiqyaslı tədbirə ev sahibliyi edəcək.
Bankın yaydığı məlumatda bildirilir ki, Bank, ölkəmizdə ilk dəfə olaraq “Risklərin idarə edilməsi konfransı 2022” tədbirini keçirəcək.
Oktyabr ayının 5-də baş tutacaq bu konfransda şirkət daxilində risklərin idarə edilməsinin incəlikləri, yeni texnologiyaların gətirdiyi imkanlar və çağırışlar, gələcəkdə bizi gözləyən fürsətlər və təhdidlər müzakirə olunacaq.
Konfransın birinci hissəsi beynəlxalq şirkətlərin nümayəndələrinin qlobal və tənzimləyici risklərin idarə edilməsi, rəqəmsal risklərin tətbiqi və bir sıra digər mühüm mövzulara həsr olunan çıxışları, həmçinin panel müzakirələri ilə keçəcək.
Tədbirin ikinci hissəsində isə risk peşəkarlarının bələdçiliyi ilə praktiki sessiyalar təşkil olunacaq. Praktiki sessiyaların iştirakçıları öncədən qeydiyyat əsasında müraciət edən şəxslər sırasından seçiləcək.
Beynəlxalq ekspertlər ilə təcrübə mübadiləsi və işgüzar əlaqələrin qurulması imkanları baxımından “Risklərin idarə edilməsi konfransı 2022” ən mühüm tədbirlərdən olacaq.
https://rmc.az/az səhifəsində daxil olmaqla, tədbir haqqında ətraflı məlumat əldə etmək və praktiki sessiyada iştirak üçün qeydiyyatı tamamlamaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
23 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 d. əvvəl
-
12 d. əvvəl
“Coca-Cola Azərbaycan”ın da daxil olduğu şirkət maliyyə nəticələri açıqlayıb
- 24 d. əvvəl
- 42 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
15 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin son qiyməti
Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir ®
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib























