Ödənişsiz Aktuari inkişaf proqramına qəbul açıq elan edildi - ŞƏRTLƏR
Azərbaycan Respublikasının Mərkəzi Bankı sığorta bazarının inkişafı və onun maliyyə dayanıqlılığının gücləndirilməsi, həmçinin bu istiqamətdə əhəmiyyətli rola malik, müasir bilik və bacarıq tələblərinə cavab verən aktuarilərin sayının artırılması məqsədilə beynəlxalq səviyyədə təşkil olunan Aktuari inkişaf proqramına qəbulu açıq elan edir.
Proqrama Universitetlərin Aktuari, Sığorta, İqtisad, Maliyyə, Riyaziyyat, Statistika, Ekonometriya üzrə bakalavr və magistr pilləsinin məzunları olan 35 yaşınadək şəxslər müracət edə bilərlər.
Nəzəri və təcrübə hissələrdən ibarət 4 hissəli proqram 13 ay davam edəcək. Hər mərhələnin sonunda iştirakçıların imtahan verməsi və uğurlu olduqları təqdirdə növbəti mərhələyə keçməsi nəzərdə tutulur. Mərhələləri uğurla başa vurmuş namizədlərin sığorta şirkətlərində təcrübəyə cəlb olunması təmin ediləcəkdir. Proqramı müvəffəqiyətlə tamamlayan namizədlərin sığora şirkətlərində işlə təmin olunma imkanları yüksəkdir.
Dərslər Türk Sığorta Enstitüsü Vakfı (TSEV) və yerli mütəxəssis/ekspertlər tərəfindən onlayn və ənənəvi formada keçiriləcəkdir.
Kursun proqramı:
Riyaziyyat
İqtisadiyyat
Sığortanın əsasları
Maliyyə riyaziyyatı
Mühasibatlıq və maliyyə hesabatları
Sığorta riyaziyyatı
Həyat və qeyri-həyat
Risk analizi və aktuari modelləmə
Maliyyə nəzəriyyəsi və tətbiqlər
Maliyyə, investisiya və risk idarəetməsi
Qeyri-həyat sığortaları
Həyat sığortaları
Tibbi sığorta
Proqramda iştirak etmək istəyənlər CV-lərini [email protected] elektron ünvanına 31 oktyabr 2022-ci il tarixinədək göndərə bilərlər. E-məktubun Mövzu (Subject) hissəsində Aktuari inkişaf proqramı yazmağınız xahiş olunur. Əlavə məlumat üçün 012 598 3550 nömrəsinə zəng vura bilərsiniz.
Müraciətin son tarixi 31 oktyabr, 2022-ci ildir.
Proqram ödənişsizdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
23 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 d. əvvəl
-
12 d. əvvəl
“Coca-Cola Azərbaycan”ın da daxil olduğu şirkət maliyyə nəticələri açıqlayıb
- 24 d. əvvəl
- 42 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
15 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin son qiyməti
Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir ®
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib




















