Türkiyədə “mətbəx inflyasiyası” rekord səviyyəyə yüksəlib
"Türk-İş"in araşdırmasının 2022-ci ilin Sentyabr ayı nəticələrinə görə, 4 nəfərlik bir ailənin aylıq yemək xərci, yəni aclıq həddi 7 min 245 lirəyə, yoxsulluq həddi isə 23 min 599 lirəyə yüksəlib. Ərzaq inflyasiyası aylıq 5,15 faizi, son 12 ay üzrə isə 130 faizi ötüb."Türk-İş"in Sentyabr ayı "Aclıq və Yoxsulluq Həddi" araşdırmasına görə, aclıq həddi 7 min 245 lirə olaraq hesablanıb. Aclıq həddinin minimum əmək haqqından 1745 türk lirəsi (TL ) yüksək olduğu halda, 4 nəfərlik ailə üçün yoxsulluq həddi 24 min 600 TL olaraq hesablanıb.
Marja hesabata istinadən xəbər verir ki, türkiyədə mətbəx inflyasiyası son ayda 5,15 faiz, son 12 ayda 130 faiz təşkil edib.
Tək bir işçinin aylıq yaşayış xərcinin 9 min 470 lirəyə çatdığının qeyd edildiyi hesabata görə, sabit gəliri olanlar balanslı və sağlam qidalanmadan belə məhrumdurlar. Türkiyədə bütün malların və xidmətlərin qiymətləri kəskin artıb.
Məlumata görə, Ankarada minimum əməkhaqqı alan tək işçi aylıq dolanışıq xərclərini qarşılamaq üçün əlavə 3 min 970 lirə tapmalıdır.
Hesabatda, "Dörd nəfərdən ibarət bir ailənin sağlam, balanslı və adekvat qidalanması üçün aylıq yemək xərci (aclıq həddi) 7 min 245 lirəyə, qida və geyim xərcləri, mənzil (kirayə, elektrik, su, yanacaq), nəqliyyat, təhsil , səhiyyə və buna bənzər digər xərclər daxil cəmi xərc məbləği (yoxsulluq həddi) 23 min 599 min lirəyə, tək bir işçinin yaşayış xərci isə ayda 9 min 469 lirəyə yüksəlib",- deyilir.
Türk-İş məlumatlarına əsasən, 2022-ci ilin sentyabr ayında “mətbəx inflyasiyası” 5,15%, son 12 ayda 130,01 faiz (qiymətlər 130% artıb) olaraq hesablanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
23 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 d. əvvəl
-
12 d. əvvəl
“Coca-Cola Azərbaycan”ın da daxil olduğu şirkət maliyyə nəticələri açıqlayıb
- 24 d. əvvəl
- 42 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
15 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin son qiyməti
Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir ®
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib





















