“Azərbaycan vətəndaşları Ermənistan ərazisindən keçib Naxçıvana gedəcəklər”
“Ermənistan yaxşı başa düşür ki, gələcək iqtisadi artıma nəqliyyat blokadası mane olur. Bu gün biz onun götürülməsinə bir addım qalmışıq”.
Bunu “Rossiyskaya qazeta”ya müsahibəsində Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Rusiya dövlət rəsmisinin sözlərinə görə, Ermənistanın nəqliyyat təcridinin aradan qaldırılması bütün Cənubi Qafqazın, o cümlədən Rusiyanın inkişafına ciddi təkan verəcək:
“Rusiya investisiyalarının Ermənistana axını 5 milyard dollara çata bilər. Bunlar ilk növbədə enerji, nəqliyyat və logistika, eləcə də mədənçıxarma və emal sənayesi sahəsində layihələrdir”.
Baş nazirin müavini qeyd edir ki, nəqliyyat əlaqələrinin açılması hər iki tərəfə üstünlüklər verir:
“Azərbaycan vətəndaşları Ermənistan ərazisindən keçməklə Naxçıvana və geriyə getmək imkanı əldə edəcəklər. Ermənistan isə nəhayət, Azərbaycan Respublikası ərazisindən vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin Rusiyaya, İrana, Orta Asiyaya və geriyə sərbəst hərəkəti imkanı əldə edəcək”.
©️ Qafqazinfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
23 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
7 d. əvvəl
“Coca-Cola Azərbaycan”ın da daxil olduğu şirkət maliyyə nəticələri açıqlayıb
- 19 d. əvvəl
- 37 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
14 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
PMD eksklüziv layihələrini AIREX 2026-da təqdim edəcək ®
Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib





















