Bakı Bulvarında yarmarka - 80-ə yaxın sahibkarın 800-dən çox çeşiddə məhsul və xidmətləri satılacaq
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakı sakinlərini və şəhərimizin qonaqlarını Bakı Bulvarında (Kukla Teatrının arxası) təşkil ediləcək ilin son “KOB Fest” – sərgi-satış yarmarkasına dəvət edir.
KOBİA-nın yaydığı məlumatda bildirilir ki, “KOB Fest” 14-15 oktyabr tarixlərində saat 10:00-dan 18:30-dək paytaxt sakinləri və şəhərimizin qonaqları üçün açıq olacaq.
Yarmarkada 80-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 800-dən çox çeşiddə məhsul və xidmətləri təqdim ediləcək və satılacaq.
Sərgi-satış yarmarkasında KOB subyektlərinin istehsal etdikləri bal, şirniyyat məhsulları, kofe, sərinləşdirici içkilər, zəfəran, mürəbbə, əzmələr, sənətkarların və yaradıcı şəxslərin əl işləri, toxuculuq məhsulları, geyimlər, aksessuarlar, dəri və taxtadan suvenirlər, keramika, rəsm əsərləri, kitablar, təhsil və təlim xidmətləri və s. nümayiş olunacaq.
“KOB Fest”in təşkilində məqsəd mikro və kiçik sahibkarlar tərəfindən istehsal olunan məhsulların satış imkanlarını genişləndirmək, yerli məhsulların tanıdılmasıdır.
Festival müddətində mədəni-əyləncəli proqram da təşkil ediləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 31 d. sonra
- 16 d. əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur























