BƏƏ-nin energetika naziri: OPEC+-ın qərarı siyasi deyil, texniki qərardır
BƏƏ-nin energetika və infrastruktur naziri Suheil Əl-Mazrui deyib ki, Vyanada OPEC+ sazişinə qatılan ölkələrin neft hasilatını azaltmaq qərarı siyasi deyil, müstəsna olaraq texniki qərardır.
“OPEC+-nın yekdilliklə təsdiqlənən son qərarı heç bir siyasi motivi olmayan sırf texniki qərar idi”, -o, bazar günü Twitter-də yazıb.
OPEC+ sazişinin üzvü olan ölkələr oktyabrın 5-də Vyanada keçirilən təkbətək görüşdə neft hasilatını noyabr ayından sutkada 2 milyon barel azaltmaq barədə razılığa gəliblər, həmçinin sazişin müddətini 2023-cü ilin sonuna qədər uzadıblar.
Ağ Ev bildirib ki, OPEC+ qərarı Səudiyyə Ərəbistanının enerji siyasətini Rusiya ilə koordinasiya etdiyini nümayiş etdirir. ABŞ prezidenti Co Bayden Vaşinqton və Ər-Riyad arasında münasibətlərin yenidən nəzərdən keçirilməsinin zərurətindən yana danışıb.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, OPEC+ ölkələrinin hasilatı azaltmaq qərarı dünya bazarında tarazlıq yaratmaq məqsədi daşıyır.
Küveyt, Bəhreyn, Oman və İraq bazar günü Vyanada keçirilən OPEC+ razılaşmasına üzv ölkələrin neft hasilatını azaltmaq qərarını dəstəkləyiblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 37 d. sonra
- 10 d. əvvəl
- 1 saat əvvəl
-
13 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur






















