Avropalıların dörddə üçü gündəlik məhsullara xərclərini azaldıb
Bloomberg-in IRI-ın araşdırmasına görə, Avropa istehlakçılarının təxminən dörddə üçü həyat xərclərinin pisləşdiyi böhranı fonunda dolanışıqlarını təmin etmək üçün qida da daxil olmaqla gündəlik malların alışını azaldır.
Marja xəbər verir ki, altı əsas Avropa bazarında insanların 71%-i artıq istehlaklarında əhəmiyyətli dəyişikliklər edib. Beləliklə, onlar son dörd onillikdə görünməmiş səviyyəyə çatan inflyasiyanın öhdəsindən gəlməyə çalışırlar.
Bundan əlavə, istehlakçıların 58%-i ehtiyaclar üçün xərcləri azaltdıqlarını, 35%-i isə artıq şəxsi yığımlarına əl atdığını və hesabları ödəmək üçün kredit götürdüyünü bildirdi.
Ekspertlərin fikrincə, bu tendensiya daha da pisləşəcək və enerji bazarında qeyri-sabit vəziyyət fonunda qiymətlər kəskin şəkildə artmağa davam edəcək.
"Sürətlə artan ərzaq, yanacaq və enerji qiymətləri bütün Avropada ev təsərrüfatlarının büdcələrini sarsıdır, eyni zamanda Rusiyadan enerji idxalının azalması ev təsərrüfatlarını və sənayeni bu qış mümkün elektrik kəsilməyə hazırlaşmağa məcbur edir. Avrozonanın tənəzzülə doğru getdiyi müşahidə edilir”, - məqalədə deyilir.
Avropalı istehlakçının üzləşdiyi yüksək inflyasiya, onları 1970-1980-ci illərdən bəri görünməyən çətinliklərin öhdəsindən gəlməyə məcbur edir. İnsanlar yeməkdən imtina etmək, endirimli məhsullar şəbəkəsinə keçmək, endirimli məhsullar axtarmaq məcburiyyətində qalırlar.
Bundan əlavə, avropalıların yarıdan bir qədər çoxu qida çatdırılmasını daha az sifariş etməyi planlaşdırdıqlarını, 47%-i isə restoran, bar və ya kafelərdə daha az yeyəcəklərini bildirib.
Analitiklər qeyd edirlər ki, yaxın gələcəkdə inflyasiyanın azalması əlamətləri olmadıqda, pərakəndə satıcılar və istehlakçılar yeni istehlak reallıqlarına uyğunlaşmağa davam etməli olacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
2 saat əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
2 saat əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
3 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi













.webp)









