III Maliyyə və İnvestisiya Forumunun spikerlərinin bir qismi ilə görüş keçirilib! - FOTO/VİDEO
“Gələcək üçün yenilən” şüarı ilə 16 noyabr 2022-ci il tarixində “Baku Marriott Hotel Boulevard”da 500 nəfərin iştirakı ilə baş tutacaq III Maliyyə və İnvestisiya Forumunun spikerlərinin bir qismi ilə görüş keçirilib.
“Facemark” MMC və “Admedia” reklam agentliyinin təşkilatçılığı ilə III dəfə keçiriləcək forumda spikerlər “İnvestisiya strategiyaları”, “Vergi və hesabatlılıq”, “Maliyyələşmə strategiyaları” panelləri üzrə öz təcrübələrini iştirakçılarla bölüşəcəklər.
“Courtyard by Marriott” hoteldə keçirilən görüş forumun həmtəsisçilərindən Rafiq Hunaltayın açılış nitqi ilə başlayıb. Maliyyə və İnvestisiya Forumunun məqsədi və formatından bəhs edən həmtəsisçi bu kimi forumların ölkəmizdə fəaliyyət göstərən yerli şirkətlərə faydalarını da qeyd edib.
Həmtəsisçilərdən Niyazi Abbasov Maliyyə və İnvestisiya Forumunun panelləri və mövzuları haqqında spikerləri məlumatlandırıb. Eyni zamanda, görüşdə müxtəlif şirkətlərlə mümkün əməkdaşlıqların reallaşdırılması, bankların və özəl şirkətlərin maliyyə, investisiya yönümlü müxtəlif layihələrində iştirak imkanları və maliyyələşdirilməsi istiqamətlərində fikir mübadiləsi aparılıb.
Maliyyə və İnvestisiya Forumuna bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə ( www.fifbaku.az ) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.
Facebook: https://www.facebook.com/fifbaku.az
İnstaqram: https://www.instagram.com/fifbaku.az/
Linkedln: https://www.linkedin.com/company/fifbaku-az/
İlin ən böyük maliyyə tədbirinə hər kəs dəvətlidir!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















