Gələn ilin sonunda orta aylıq pensiyanın neçə manat təşkil edəcəyi məlum oldu
Azərbaycanda orta aylıq pensiya məbləğinin gələn il 422 manata çatacağı gözlənilir."Növbəti ildə orta aylıq pensiya məbləğinin artım tempinin cari il üçün orta aylıq əmək haqqının artım tempi ətrafında olması pensiya xərclərində proqnozlaşdırılan artımın əsasən pensiyaların indeksləşdirilməsi hesabına baş verəcəyi qənaətinə gəlməyə əsas verir".
Marja.az xəbər verir ki, bu, Hesablama Palatasının DSMF-nin gələn il üzrə büdcəsi ilə bağlı rəyində əksini tapıb.
Qeyd edilib ki, “Əmək pensiyaları haqqında “1-pensiya №li forma” statistik hesabata əsasən cari ilin 01 yanvar tarixinə ölkə üzrə orta aylıq pensiya məbləği 331,8 manat olduğu halda ilin 1-ci yarısında 36,2 manat və ya 10,9% artaraq 368 manat təşkil etmiş, artım pensiyanın hər 3 növü üzrə baş vermişdir.
Gələn il pensiya növləri üzrə orta aylıq pensiya məbləğinin - yaşa görə pensiya üzrə 398,5 manata, əlilliyə görə pensiya üzrə 323,1 manata, ailə başçısını itirməyə görə pensiya üzrə 319 manata çatacağı proqnozlaşdırılır.
Qeyd edilib ki, cari ilin 1-ci yarısında yaşa görə pensiyalar 37,7 manat (10,4%), əlilliyə görə pensiyalar 31,8 manat (10,9%), ailə başçısını itirməyə görə pensiyalar isə 29,8 manat (10,3%) artmışdır ki, bu da minimum pensiya məbləğinin artırılması, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi və cari ilin 01 yanvar tarixinədək əmək pensiyası təyin edilmiş şəxslərə maddi yardımın ödənilməsi hesabına baş vermişdir.
"Minimum pensiya məbləğinin daha yuxarı həddə çatdırılması və pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi ilin I yarısında həyata keçirildiyindən pensiya məbləğlərindəki nəzərəçarpacaq dəyişiklik bu dövrdə müşahidə edilmişdir. İlin II yarısında isə pensiya məbləğlərində kəskin dəyişiklik yarada biləcək halların gözlənilməməsi səbəbindən növbəti ilin əvvəlinə orta aylıq pensiya məbləğləri aşağı artımla proqnozlaşdırılmışdır. Belə ki, növbəti ilin əvvəlində yaşa görə orta aylıq pensiyanın 0,1 manat azalması, əlilliyə görə orta aylıq pensiyanın 0,4 manat artması fonunda, ümumi orta aylıq pensiyanın 1,4 manat artaraq 369,4 manat həddində olması gözlənilir ki, bu da ailə başçısını itirməyə görə pensiya növündə gözlənilən artım ilə əlaqədardır",- Rəydə deyilir.
Bildirilir ki, növbəti ilin sonunda isə orta aylıq pensiya məbləğinin ilin əvvəli ilə müqayisədə 52,6 manat və ya 14,2% artaraq 422 manat olacağı proqnozlaşdırılır. Hüquqi aktlara əsasən indeksləşmənin orta aylıq əmək haqqının artım tempinə uyğun aparıldığını diqqətə alaraq, qeyd etmək olar ki, pensiyaların orta aylıq məbləğində nəzərdə tutulmuş artım tempi cari ilin əvvəli ilə müqayisədə sonuna orta aylıq əmək haqqının 14,5% səviyyəsində artımına uyğundur.
Qeyd edək ki, orta aylıq pensiya məbləğinin artım tempinin cari il üçün gözlənilən orta aylıq əmək haqqının artım tempi ətrafında olması növbəti ildə orta aylıq pensiya məbləğinin artımının əsasən pensiya məbləğlərinin indeksləşdirilməsi hesabına baş verəcəyini, indeksləşmədən kənar olmaqla nəzərəçarpacaq dəyişikliklərin proqnozlaşdırılımadığını deməyə əsas verir",- Rəydə bildirilir.
Azərbaycanda gələn il pensiyaçıların sayı artacaq
2023-cü ilin əvvəlində Azərbaycanda pensiyaçıların sayının 1 milyon 118,1 min nəfər, ilin sonunda isə 1 milyon 127,3 min nəfər olacağı proqnozlaşdırılır.
Bildirilib ki, növbəti ilin əvvəli ilə müqayisədə sonunda pensiyaçıların sayında müsbət dinamikanın olacağı proqnozlaşdırılır ki, bu da həm kişilər üzrə yaşa görə pensiyanın təyin edilməsi üçün müəyyən edilmiş yaş həddinin sabitləşməsi, müraciət hüququ qazanan şəxslərin sayının artması nəticəsində yeni təyin edilmiş işlərin sayının uçotdan çıxarılmış işlərin sayında çox olması ilə əlaqədardır.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
2 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
2 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 17 d. əvvəl
-
25 d. əvvəl
Çin rekord həcmdə qızıl alır – Qiymətin 5500 dollara yüksələcəyi proqnozlaşdırılır
- 39 d. əvvəl
-
56 d. əvvəl
Trampın Rusiya və Ukrayna arasında “enerji atəşkəsi” elan etməsindən sonra neft ucuzlaşıb
- 1 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Trampın Rusiya və Ukrayna arasında “enerji atəşkəsi” elan etməsindən sonra neft ucuzlaşıb
“Shaurma N1” daha 2 yeni restoran açacaq – ÜNVANLAR
Trampdan Zelenskiyə sərt mesaj: "Artıq getməyin vaxtıdır"
Oktyabrın 12-də gözlənilən hava şəraiti
İlham Əliyev və Ramazan Kadırov “Bakı Ağ Şəhər”də olublar
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Oktyabrın 11-də gözlənilən hava şəraiti
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Bu gündən Azərbaycanda ov mövsümü açılıb




















