İsveçrədə işçi çatışmazlığı dərinləşir
İsveçrə hökumətindən verilən açıqlamada son 20 ildə ilk dəfə boş iş yerlərinin sayının işsizlərin sayını aşdığı bildirilib (işçi kəsiri yaranıb). Ölkənin ən böyük işəgötürən şirkəti olan Migros, vəziyyətin gələcək illərdə daha da pisləşəcəyini gözlədiklərini bəyan edib.İsveçrənin ən çox iş yeri yaradan şirkəti olan Migros, ölkədə ciddi işçi çatışmazlığı yaşandığını və daha çox işçinin təqaüdə çıxması ilə gələcəkdə vəziyyətin daha da pisləşəcəyini bildirib.
Marja xəbər verir ki, Migros-un İnsan Resursları Meneceri Reto Parolini, “Hər vəzifə üzrə işçi çatışmazlığı yaşayırıq. Əvvəllər heç vaxt bu qədər işçi çatışmazlığı baş verməmişdi",- deyib
Parolini hazırda şirkətdə 1895 boş vəzifə olduğunu, işçi çatışmazlığının yaxın illərdə daha da pisləşəcəyini bildirib.
İsveçrə hökuməti son 20 ilə yaxın müddətdə ilk dəfə olaraq vakansiyaların sayının işsizlərin sayından çox olduğunu bildirib.
Rəsmi rəqəmlərə görə, İsveçrədə mövsümi təsirlər xaric işsizlik sentyabr ayında 2,1 faizdə sabit qalıb. Bu göstərici Avropada Norveçdən sonra ikinci ən aşağı göstərici kimi önə çıxır.
Hesab olunur ki, ölkədə problemin həllini tapmaq üçün qarşıdakı dövrdə hazırda 64 olan pensiya yaşına yenidən baxıla bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















