Co Bayden: Polşaya düşən raket çox güman ki, Rusiyadan atılmayıb
Noyabrın 14-15-də İndoneziyanın Bali adasında keçirilən G20 ölkələrinin sammiti G7 üzvlərinin və digər ölkələrin liderlərinin Polşa ərazisinə düşən raketlərin müzakirəsi ilə yekunlaşıb.
Məsələ barəsində məlumat verən ABŞ Prezidenti Co Bayden Ukrayna ərazisində gedən müharibə ilə bağlı Polşa ərazisinə düşən raketlərin Rusiya tərəfindən buraxıldığının az güman olunduğunu bildirib.
Qeyd edək ki, noyabrın 15-də Rusiyanın Ukraynanın enerji obyektlərinə endirdiyi ən güclü raket zərbələri nəticəsində gərginlik daha da artıb. Polşa ərazisinə düşən iki raket nəticəsində iki nəfərin həlak olduğu bildirilir. Xatırladaq ki, Polşa Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) üzvüdür.
Raket zərbələrindən sonra G7 ölkələrinin və NATO üzvü olan dövlətlərin liderləri İndoneziyada fövqəladə birgə toplantı keçiriblər.
Xatırladaq ki, G7 qrupuna ABŞ, Almaniya, Kanada, Fransa, İtaliya, Yaponiya və həmçinin Avropa İttifaqı daxildir. Ağ Evdən verilən məlumata görə, fövqəladə toplantıda İspaniya və Niderland nümayəndələri də iştirak ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















