Ankarada PAŞA Həyat “İRS” Nəşriyyat evi ilə birgə ərsəyə gəlmiş kitablarını təqdim edib
(®) 21- 23 noyabr tarixlərində Ankara Universiteti, Ankara Hacı Bayram Vəli Universiteti və Türkiyə Cümhuriyyəti Cumhurbaşkanlığının Milli Kitabxanasında PAŞA Həyat ilə İRS Nəşriyyat evinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələn “Salam, Azərbaycan!” və “Qarabağın Qara Kitabı” kitablarının türk dilində nəşrləri təqdim olunub.
Hər 3 gün keçirilən təntənəli tədbirlərdə sözügedən kitabların təqdimatı ilə yanaşı Azərbaycan mədəniyyəti, tarixi və incəsənətini əks etdirən fotolardan ibarət sərginin açılışı olub, həmçinin zəngin milli musiqi proqramı təqdim olunub.
Tədbirlərdə açılışdan sonra Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu, PAŞA Həyat şirkətinin sədri Niyaz İsmayılov, İRS Nəşriyyat evinin baş redaktoru Musa Mərcanlı, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attar, digər rəsmilər və universitet rekrotları çıxış etmişlər. Qonaq qismində tədbirlərə Azərbaycanın Ankaradakı Səfirlik nümayəndələri, görkəmli ziyalılar, nüfuzlu rəsmilər, universitet rektorları, professor, müəllim və tələbə heyəti və digər qonaqlar da təşrif buyurmuşdular.
“PAŞA Həyat Sığorta” ASC-nin sədri Niyaz İsmayılov və İRS nəşriyyat evinin baş redaktoru Musa Mərcanlı təqdim olunan kitablar və jurnalların Azərbaycan həqiqətləri ilə bağlı oxuculara geniş məlumat verəcəyi haqda bəhs ediblər, həmçinin kitabların ərsəyə gəlməsi ideyası və prosesi barədə məlumat veriblər. Azərbaycanın qardaş ölkədəki səfiri Rəşad Məmmədov çıxış edərək türk dilində çap edilmiş "Salam, Azərbaycan!" və "Qarabağın Qara Kitabı" adlı kitabların türk ictimaiyyətinə təqdim olunmasının əhəmiyyətini qeyd edib.
23 noyabr tarixində Türkiyə Cümhuriyyəti Cumhurbaşkanlığı Milli Kitabxanasında baş tutmuş tədbirdə PAŞA Həyat və “İRS” nəşriyyat evi tərəfindən Kitabxanaya Azərbaycanla bağlı çox sayda kitablar hədiyyə edilib.
Qeyd edək ki, “Qarabağın Qara kitabı”nda Azərbaycanın ayrılmaz bir parçası olan Qarabağın Ermənistan tərəfindən işğalı nəticəsində təbiətinə, yaşayış fonduna, əmlaklara, tarixi abidələrə, mədəniyyət nümunələrinə vurulmuş ziyan və onun həcmi barədə bəhs edilir, ”Salam, Azərbaycan!” kitabı isə ümumi Azərbaycan tarixi və mədəniyyətinə həsr olunub. Sözügedən kitablar “PAŞA Həyat Sığorta” ASC və “IRS Publishing House”un 2013-cü ildən birgə həyata keçirdiyi “İrs” silsiləsi layihəsi çərçivəsində ərsəyə gəlib.
Ümumilikdə əməkdaşlıq çərçivəsində indiyədək “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Qədim və gözəl Qarabağ”, “Məftun edən şəhər”, “Bakı simfoniyası”, “Daş keşikçilər”, “Qarabağ – əsrlərin salnaməsi”, “Gəncə - Nizami yurdu”, ”Zəfər Salnaməsi”, “Salam, Azərbaycan!” və “Şəki - Gözəlliyin Sehri”, “Qarabağın Qara kitabı” və “Qarabağ – qələbəyə doğru” kitablar işıq üzü görüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
1 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
1 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
1 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
1 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
4 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib

























