Azərbaycanda ciddi şəkildə su azlığı müşahidə olunur - Dünya Bankının baş mütəxəssisi
Azərbaycanda ciddi şəkildə su azlığı müşahidə olunur. Ölkə ərazisinin 42%-i torpaq eroziyasına məruzdur.
Bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya Dayanıqlı İnkişaf Departamentinin Ətraf Mühit, Təbii Sərvətlər və Mavi İqtisadiyyat üzrə baş mütəxəssisi Saşa Ayxberqer çıxışı zamanı bildirib.
"Bu da, çox güman ki, torpağın daha aşağı məhsuldarlığının (1,2% qədər) və bundan irəli gələn ÜDM itkilərinin səbəbidir. Material məhsuldarlığı oxşar ölkələrə nisbətən daha aşağıdır və enerji istifadəsi olan sektorların əksəriyyətində enerji və emissiya yükü daha yüksəkdir. İqlim dəyişikliyi təbii aktivlərin həyat qabiliyyətinə mənfi təsir göstərəcək. Buna baxmayaraq, Azərbaycanda ətraf mühitə xərclər Aİ dövlətlərindən 20 dəfə aşağıdır. Bu xərclərə su resurlarının istifadəsi və mühafizəsi, havanın mühafizəsi, torpağın rekultivasiya, tullantıların utilizasiyası kimi xərclər aiddir və bunlar iqlim dəyişikliklərinə adaptasiya üçün kritik sahələrdir. Bu ciddi çətinliklər hələ də həllini gözləyir, lakin ilk addım olaraq, sistem dəyişikliklərinə investisiya, iqlim dayanıqlılığın artırılması və ətraf mühitin yaxşılaşdırılması üçün adaptasiya tədbirləri, təbii kapitalın mühafizəsi, aktivlərin diversifikasiyası və karbonsuzlaşdırma təbii sərvətlər bazasının qorunmasında ölkəyə köməklik edəcək", - deyə S.Auxberqer bildirib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















