Yeni ildə Bakının bəzədilməsi üçün mallar, işlər və xidmətlər satın alınır - TƏKLİFLƏR SORĞUSU
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC təkliflər sorğusu elan edib.
Marja xəbər verir ki, təkliflər sorğusu (Lot – 1) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə küçə və meydanların bayrama uyğun şəkildə bəzədilməsi üçün malların, işlərin və xidmətlərin satın alınması məqsədilə keçirilir.
Təkliflər sorğusu iştirakçılarına təklif olunur ki, öz təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün prosedur iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Təkliflər sorğusunda iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini təqdim edə bilərlər. İştirak haqqı 100 manatdır və heç bir halda qeri qaytarılmır.
İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun hazırlamalı, təkliflər sorğusunda iştirak üçün sənədləri qapalı, möhürlənib imzalanmış ayrı-ayrı ikiqat zərflərdə 27 dekabr 2022-ci il saat 17.00-dək Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 17 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 28 dekabr 2022-ci il saat 11.00-da Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 17 nömrəli ünvanda açılacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















