“Veysəloğlu” nüfuzlu beynəlxalq biznes müsabiqəsini dəstəkləyir
(®) Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) dünyanın ən nüfuzlu işgüzar mükafatı olan “EY İlin İş Adamı” 2022-2023 proqramını dəstəkləyəcək.
Bu, yüksək potensiala malik kiçik və orta sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurları nümayiş etdirməklə başqalarını ilhamlandırmaq məqsədinə xidmət edən unikal bir qlobal proqramdır.
Azərbaycanda artıq dördüncü ildir ki, bu tanınmış müsabiqə audit və konsaltinq üzrə beynəlxalq liderlərdən biri olan EY (keçmişdə Ernst & Young) şirkəti tərəfindən keçirilir. Bu il Veysəloğlu Şirkətlər Qrupu Azərbaycan Beynəlxalq Bankı (ABB) və bp ilə yanaşı bu proqrama maliyyə dəstəyi göstərəcək.
Veysəloğlu Şirkətlər Qrupunun biznes fəlsəfəsi bütün maraqlı tərəflər üçün dəyər yaratmaq və insanların sosial-iqtisadi inkişafına töhfə verməkdir.
VŞQ “EY İlin İş Adamı” müsabiqəsini dəstəkləməklə sahibkarlıq ruhunun cəsarətləndirilməsinə və sahibkarları mükafatlandırmaqla icmaların, ölkələrin və ümumiyyətlə, dünyada insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına fayda verəcəyinə ümid edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















