Astarada yeni hotel açılıb
Astara şəhərində müasir dizaynla inşa edilmiş "Mandarinnart" hotelinin açılışı olub. Butik hotel üç mərtəbədən ibarət olmaqla Avropa standartlarına uyğun inşa edilib.
Delüks, lüks və standart otaqlarda xarici ölkələrin istehsalı olan muasir mebel və avadanlıqlar quraşdırılmışdır. Hoteldə həmçinin restoran, SPA və Fitnes mərkəzi, açıq hovuz, uşaq əyləncə meydançası və yay amfiteatrı var.
Hotel eyni vaxtda 120 nəfərə xidmət göstərmək imkanına malikdir.
Qonaqlara milli yeməklərlə yanaşı, dünya mətbəxi nümunələri təklif ediləcək. Daha bir özəllik isə çörək və bütün növ şirniyyatların məhz hotelin mətbəxində hazırlanmasıdır.
Qardaş Türkiyədən peşəkar mütəxəssis kimi dəvət olunan Mehmet Uysal isə hoteldə baş menecer kimi çalışmaqla bərabər, Astaradan olan xidmət personalına, qonaqlara yüksək səviyyədə xidmət göstərmək üçün təlimlər də keçəcək.
Hotelin direktoru Anar Mahmudovun sözlərinə görə, yaxın gələcəkdə daha belə bir hotel rayonun dənizsahili ərazisində tikiləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















