Səudiyyə Ərəbistanın naziri Zəngilana səfər çərçivəsində salınan ilk “Ağıllı kənd”lə tanış olub
(®) Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan hökumətilə Səudiyyə Ərəbsitanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın həmsədri Xalid ibn Əbdül Əziz Əl-Faleh və Azərbaycan maliyyə naziri Samir Şərifov Zəngilana səfər çərçivəsində işğaldan azad edilən ərazilərdə bərpa olunan ilk yaşayış məskəni, Ağalı kəndində salınan “Ağıllı kənd” layihəsilə tanış olublar.
Regionun ilk “Ağıllı kənd”i haqqında qonaqlara məlumat verən maliyyə naziri Samir Şərifov və Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev onları salınan kəndlə yaxından tanış ediblər.
Səudiyyə Ərəbistanı Krallığının İnvestisiya Nazirinə kənddə qurulan Arximed qurğusunu isə “AS Group İnvestment” şirkətinin baş direktoru Tural Seyidov təqdim edərək qurğu barədə ətraflı məlumat verib. Şirkət rəhbəri, həmçinin cənab Əl-Falehə “AS Group” şirkətinin həyata keçirdiyi layihələr haqqında danışaraq nazirlə krallıqla potensial əməkdaşlıq barədə müzakirələr ediblər. Nazir Əl-Faleh kənd meydanında yaradılan Zəfər abidə-kompleksi ilə də tanış olaraq Ağalı kəndinin sakinlərini öz vətənlərinə qayıtmaları münasibətilə təbrik edib.
Qeyd edək ki, “AS Group Investment” şirkəti Zəngilan rayonun Ağalı kəndində salınan “Ağıllı kənd” layihəsinin konsepsiyasından başlayaraq düzgün şəhərsalma, tikinti, kənd üçün ağıllı həllər, alternativ enerji mənbələrindən istifadə, Arximed qurğusunun qurulması kimi işlərin tam icrasını yerinə yetirib.
Hazırda “AS Group” şirkəti Səudiyyə Ərəbistanı Krallığının tədarükçülərə və alıcılara vahid platformada əlaqə saxlamağa və biznes qurmağa imkan verən SAP Ariba vahid platformasına lazımi sənədləri təqdim edərək uğurlu şəkildə qeydiyyatdan keçib. Eyniz zamanda şirkət Səudiyyə Ərəbistanı Krallığının İnvestisiya Nazirliyinin MİSA E-Service Platformasında da qeydiyyatını uğurla tamamlayıb. Bütün bu addımlar şirkətin Səudiyyə Ərəbistanı Krallığı ilə birgə əməkdaşlıq layihələrinə yönələn siyasətinin bir hissəsi sayıla bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















