“McDonald's Azərbaycan”ın layihəsi Gəncədən olan 50 uşağın həyatında unudulmaz hadisə oldu – FOTO
(®) Bu ilin iyun ayında “McDonald’s Azərbaycan”ın CARE GROUP şirkəti ilə birgə başlatdığı “Gənc yazarlar” layihəsinin Gəncədə bağlanış mərasimi keçirilib.
Layihənin iştirakçıları Gəncə şəhərində yerləşən “McDonald's Azərbaycan” restoranına dəvət olunub, onlara üçün əyləncəli proqram və ziyafət təşkil edilib. Sonra layihə çərçivəsində uşaqların yazdığı nağılların yer aldığı kitabın təqdimatı keçirilib.
Layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan 50 uşaq üçün “Art-terapiya” və “Koqnitiv davranış terapiyası” üsulları üzrə psixologiya təlimləri keçirilib. Dünyada geniş tətbiq olunan bu üsullar qorxuya qalib gəlmək və ümumiyyətlə psixoloji vəziyyəti yaxşılaşdırmaq baxımından özünü yaxşı tərəfdən göstərib.
Layihə 6 ay ərzində bir neçə mərhələdə həyata keçirilib. Uşaqlara yaradıcılıq üçün zəruri hər şeyin daxil olduğu “gənc yazar” dəsti paylanılıb, onlar üçün ustad dərsləri keçirilib. Ustad dərsi çərçivəsində uşaqlara hekayələr yaratmağın və süjet qurmağı yolları aşılanıb. Layihənin təşkilatçıları əmindirlər ki, öz yaradıcı məhsullarını ərsəyə gətirmək uşaqlara müsbət terapevtik təsir göstərəcək.
Qeyd edək ki, layihə zamanı uşaqların yazdığı nağılların daxil edildiyi toplu geniş ictimaiyyətə təqdim olunacaq. Bu kitabla tanış olmaq istəyənlər üçün Gəncədə (Heydər Əliyev Prospekti 433, Gəncə Mall ticarət mərkəzi) və Bakıda (Yasamal Rayon, Hüseyn Cavid Prospektində 100) yerləşən “Libraff” kitab mağazalarına yaxınlaşa bilərlər. Kitablar xüsusi ayrılmış stendlərdə təqdim olunacaq. Burada hər kəs onları pulsuz şəkildə götürüb kafedə və ya birbaşa “Libraff” mağazasında oxuya bilər.
Korporativ sosial məsuliyyət hər zaman “McDonald’s” şirkətinin korporativ fəlsəfəsinin ayrılmaz tərkib hissəsi olub. “McDonald’s”ın 22 ildən çoxdur ki, Azərbaycanda həyata keçirdiyi xeyriyyəçilik fəaliyyəti çərçivəsində çoxsaylı müxtəlif səpkili layihələr, o cümlədən uşaq evlərinə, tibbi yardım fondlarına və idman tədbirlərinə yardım göstərilib. “McDonald’s” şirkəti inanır ki, birlikdə həyati çətinliklərlə üzləşmiş uşaqlara kömək edə, onların dünyasını gözəlləşdirə və rəngarəng edə bilərik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
8 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















