Mübahisələrin məhkəməyə getmədən həlli üçün iş adamlarına xidmət göstərilir
Bu yaxınlarda fəaliyyətə başlamış “Bakı KOB evi”ndə sahibkarlıq fəaliyyəti ilə bağlı yaranan mübahisələrin məhkəməyə getmədən həlli məqsədilə iş adamlarına mediasiya xidməti də göstərilir.
Marja.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaydığı məlumatda bildirilir.
Mediasiya Şurası tərəfindən göstərilən xidmətin məqsədi iş adamlarının kommersiya mübahisələrinin həlli üçün mediasiya xidmətlərinə əlçatanlığını və bu sahədə operativliyi təmin etməkdir. Mediasiya xidmətinin iş rejimi həftə içi 5 gün olmaqla, saat 09.00-18.00-dəkdir.
İş adamları kommersiya mübahisələri ilə bağlı “Bakı KOB evi”ndə fəaliyyət göstərən mediasiya məkanına müraciət edə bilərlər.
Yanvarın 11-də Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Bakıda fəaliyyət göstərən mediasiya təşkilatlarının rəhbərləri və mediatorlar “Bakı KOB evi”ndə sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar.
“Bakı KOB evi”nin rəhbərliyi tərəfindən KOB evində sahibkarlara göstərilən “G2B” və “B2B” xidmətlər, eləcə də təlim, startap və mediasiya məkanları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, sahibkarlara mediasiya xidmətlərinin göstərilməsi sahəsində KOBİA tərəfindən Mediasiya Şurasına lazımi dəstək göstəriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 6 saat sonra
-
7 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















