Avropalıların ən böyük narahatlığı bahalıqdır
Avropa İttifaqı vətəndaşlarının 93 faizi bahalaşmanı əsas qayğıları hesab edir.Avropa Parlamentinin müntəzəm olaraq sifariş etdiyi "Eurobarometer" sorğusuna əsasən, Avropa İttifaqı (Aİ) vətəndaşlarının 93 faizi yaşayış xərclərinin artmasını əsas qayğıları kimi görür.
Marja xəbər verir ki, bütün Aİ ölkələrində vətəndaşların ən azı 70 faizi xüsusilə enerji və qidada bahalaşmadan şikayətlənsə də, Yunanıstanda bu nisbət 100 faiz, İtaliya və Portuqaliyada 98 faiz olub.
Bahalıqdan sonra ən ciddi narahatlıq mənbəyinin 82 faiz ilə yoxsulluq və sosial təcrid təhlükəsi olduğu bildirilib.
Avropalıları narahat edən üçüncü qayğı iqlim dəyişikliyi və Ukraynadakı müharibənin başqa ölkələrə yayılma riskidir.
Respondentlərin 46 faizi Covid-19 pandemiyası, Ukraynadakı müharibə və yüksək xərclər səbəbindən həyat səviyyələrinin aşağı düşdüyünü bildirib.
Avropalıların 39 faizi standartlarının hələ də düşmədiyini, lakin bu il azalma gözlədiklərini bildirib. Hesabların ödənilməsində çətinlik səviyyəsi 39 faizlə “tez-tez” və ya “bəzən” kimi qeyd olunub.
Avropalı vətəndaşlar bu problemlərin həlli baxımından Aİ-dən daha çox şey gözlədiklərini bildiriblər.
Avropalıların böyük əksəriyyəti bu fikirdədir ki, Ukrayna Rusiyaya qarşı dəstəklənməlidir. Respondentlərin 74 faizi Ukraynaya hərbi və iqtisadi dəstəyin davam etdirilməli olduğunu bildirib.
Rusiyanın Ukraynaya qarşı müharibəsinə Avropa İttifaqının reaksiyasını qiymətləndirən respondentlərin 73 faizi Rusiyaya qarşı sanksiyaları bəyəndiklərini qeyd edib.
Avrobarometr sorğusu oktyabrın 12-dən noyabrın 7-dək aparılıb. Aİ-nin 27 ölkəsinin hamısında aparılan sorğuda 26 min nəfər iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 6 saat sonra
-
7 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















