Rusiyanın Özbəkistanın qaz nəqli sistemini almaq istədiyi bildirilir
Özbəkistan mətbuatı iddia edib ki, Rusiya Özbəkistana ölkədəki qaz nəqli sistemini “Qazprom”a satmağı təklif edib.
Rusiya Qazaxıstan və Özbəkistanla Üçtərəfli Qaz İttifaqının yaradılması təklifi və digər məsələlər üzrə bir neçə dəfə danışıqlar aparıb.
Marja-nın məlumatına görə, xəbərlərdə, Rusiya tərəfinin əsas təklifinin Özbəkistanın qaz nəqli sistemini bazar qiymətinə “Qazprom”un mülkiyyətinə keçirmək olduğu iddia edilir. Analoji təklif Qazaxıstanın qaz nəqli şirkəti olan “Kazakqaz”a da edilib, lakin Qazaxıstan şirkəti bu şərtləri qəbul etməyib.
Rusiya tərəfinin irəli sürdüyü ikinci təklif Özbəkistanın Çinə qaz ixracı hüququnun təhvil verilməsi olduğu iddia edilib.
Daxili istehlakın artdığı Özbəkistanda təbii qaz problemi yaranıb. 2022-ci ilin noyabrında Rusiya tərəfi Özbəkistan və Qazaxıstana təkliflə çıxış edərək Özbəkistan tərəfinə təbii qaz tədarükünü də əhatə edən Üçtərəfli Qaz İttifaqının yaradılmasını təklif edib.
Özbəkistanın energetika naziri Corabek Mirzamahmudov Rusiyadan Özbəkistana təbii qazın ittifaq şəklində deyil, birbaşa ikitərəfli kommersiya razılaşmaları əsasında həyata keçirilə biləcəyini açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 7 saat sonra
-
7 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















