Dünyada ən varlı 1 faiz qalan 99 faizdən iki dəfə çox sərvət qazanıb
Milyarderlərin ümumi sərvəti 2020-ci ildən bəri gündə 2,7 milyard dollar artır. İri şirkətlər daha böyük qiymət artımları üçün Rusiya-Ukrayna müharibəsini bəhanə edir.Böyük Britaniyanın beynəlxalq humanitar təşkilatı Oxfam tərəfindən dərc edilən hesabatda, böyük gəlir əldə edən qida şirkətlərinin əlavə gəlir vergisi ödəmələri lazım olduğu bildirilib.
Marja xəbər verir ki, Oxfam-ın İsveçrənin Davos şəhərində başlayan Dünya İqtisadi Forumu toplantısından əvvəl dərc etdiyi hesabatda, inflyasiya artdıqca böyük qida şirkətlərinin böyük gəlirlər əldə etdikləri qeyd edilib. Hesabata görə, qlobal bərabərsizliyi azaltmağa kömək etmək üçün qida şirkətlərinin ödədikləri vergiləri artırmaq lazımdır.
Hesabatda Dünyanın, iqlim dəyişikliyi, artan yaşayış xərcləri, Rusiya-Ukrayna müharibəsi və Covid-19 epidemiyası da daxil olmaqla eyni vaxtda böhranlar ilə əhatə olunduğu, lakin ultra varlıların getdikcə zənginləşdiyi və şirkətlərin gəlirlərinin sürətlə artdığı qeyd edilb.
Oxfam-ın hesabatında qeyd olunub ki, son iki il ərzində dünyanın ən varlı 1 faizi qalan 99 faizin qazandığından təxminən iki dəfə çox sərvət qazanıb.
Hesabatda milyarderlərin ümumi sərvətinin 2020-ci ildən bəri gündə 2,7 milyard dollar artdığı, ən azı 1,7 milyard işçinin isə inflyasiyanın maaş artımını üstələdiyi ölkələrdə yaşadığı qeyd edilib.
Bu problemlərlə mübarizə aparmağı hədəfləyən Oxfam siniflər arasında bərabərsizliyi azaltmaq üçün varlılara daha çox vergi tətbiq etməyi tövsiyə edib.
Hesabta görə, iri şirkətlər daha böyük qiymət artımları üçün Rusiya-Ukrayna müharibəsini bəhanə edir. Qida və enerji sahələrində rəqabətin olmaması da qiymətlərin yüksək saxlanmasına səbəb olur.
Oxfam İnternational İcraçı Direktoru Qabriela Bucher "Associated Press" agentliyinə deyib: "Milyarderlərin sayı artır və onlar daha da varlanır. Bundan əlavə, böyük qida və enerji şirkətləri həddindən artıq gəlir əldə edirlər. Yalnız enerji şirkətlərindən deyil, həm də qida şirkətlərindən əlavə vergi alınmasına çağırırıq”.
Hesabatda Teslanın milyarder rəhbəri İlon Mask üçün 2014-cü ildən 2018-ci ilə qədər faktiki vergi dərəcəsinin 3 faizdən bir qədər çox olduğuna diqqət çəkilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 7 saat sonra
-
7 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















