2022-ci ildə Qırğızıstan "Kumtor" yatağından 17,2 ton qızıl hasil edib
2022-ci ildə Qırğızıstan “Kumtor” yatağından 17,2 ton qızıl hasil edib.
Marja xəbər verir ki, bunu respublikanın baş naziri Akılbek Japarov regional dövlət administrasiyalarının və yerli özünüidarəetmə orqanlarının rəhbərləri ilə respublika müşavirəsi zamanı bildirib.
"2021-ci ildə "Kumtor"dan 10 ton hasil etmişdik, 2022-ci ildə bu rəqəm 17,2 ton qızıl olub. Eyni zamanda, Milli Bankın məlumatına görə, hazırda bizim 40 tondan çox qızılımız var. Bundan sonra böyük yataqlar dövlətimiz tərəfindən işlədiləcək və onlardan əldə olunan vəsait insanların ehtiyaclarına, strateji layihələrin həyata keçirilməsinə sərf olunacaq”, - deyə Baş nazir bildirib.
2022-ci ilin iyul ayının sonunda "Kumtor" yatağı Qırğızıstana verilib, onun respublikanın sənaye istehsalının ümumi həcmində payı, təxminən 20% təşkil edir. Bundan əvvəl Kanadanın “Centerra Gold” şirkəti yatağı 30 ildir işlədirdi. Respublikada “Kumtor”un dövlətə təhvil verilməsi tələbi ilə davamlı etiraz aksiyaları keçirilirdi.
"Biz sübut etdik ki, arzuları gerçəyə çevirmək olar. İqtisadiyyatımızın lokomotivi olan "Kumtor" mədəni Qırğızıstan xalqına qaytarıldı”, - deyə Japarov yekunlaşdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 9 saat sonra
-
4 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















