Qızılın bahalaşmasının davam edəcəyi ehtimal edilir - GÜNƏ BAXIŞ
Qlobal iqtisadiyyatlarda artan narahatlıqlar fonunda qızıl “güvənli liman” missiyasını davam etdirir. Təhlillərə əsasən hazırda 2050$-dan təklif edilən qiymətli metalın bir unsiya üzrə dəyəri bu səviyyənin üzərində möhkəmlənə bilsə, artım tendensiyasının 2061 dollara və 2076 dollara kimi davam edəcəyi ehtimal edilir.ABŞ-da zəif iqtisadi göstəricilərin resessiya ilə bağlı narahatlıqları artırması fonunda dollar üzərində təzyiqlər getdikcə artır.
Beləki, ABŞ-da proqnozların altında açıqlanan “JOLTS” Vakant İş Yerlərinin Sayından sonra, ADP özəl sektor məşğulluğu isə bağlı göstərici ehtimalların çox üzərində dərc olundu.
ADP Araşdırma İnstitutunun məlumatlarına görə, ABŞ-da özəl sektorda məşğulluq aprel ayında 296 min nəfər artıb. Eyni dövrdə aprel ayında maaş artımının isə illik müqayisədə geriləyərək 6.7%-ə düşdüyünü açıqlanıb.
Həftə ərzində ABŞ Federal Ehtiyyatlar Sisteminin və Avropa Mərkəzi Bankının faiz qərarları, həmçinin bankların sədr və digər rəsmilərinin monetar siyasətin gələcəyinə dair açıqlamaları fonunda geriləyən dollar indeksində tendensiyanın necə davam edəcəyinə bu gün dərc olunacaq Amerikada Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (NFP) ilə bağlı məlumatlar ciddi təsir edə bilər.
Qlobal iqtisadiyyatlarda artan narahatlıqlar fonunda qızıl “güvənli liman” missiyasını davam etdirir. Təhlillərə əsasən hazırda 2050$-dan təklif edilən qiymətli metalın bir unsiya üzrə dəyəri bu səviyyənin üzərində möhkəmlənə bilsə, artım tendensiyasının 2061$-a və 2076$-a kimi davam edəcəyi ehtimal edilir.
Məlumat İnvest-AZ şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
19 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
17 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
1 gün əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 1 gün əvvəl
-
1 gün əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
1 gün əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 1 gün əvvəl
-
1 gün əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
1 gün əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
1 gün əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
1 gün əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək




























