Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"İnvest-AZ"da xüsusi tədbir keçirildi - FOTOLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İnvest-AZ"da xüsusi tədbir keçirildi - FOTOLAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

23 İyun 2023-cü il tarixində "İnvest-Az İnvestisiya Şirkəti" QSC-nin yeni ofisində “Yeni yatırımlarla birgə inkişaf edək” adlı xüsusi tədbir keçirilib.

Marja.az-ın məlumatına görə, tədbirdə Mərkəzi Bankın, İqtisadiyyat Nazirliyinin, Bakı Fond Birjasının, Milli Depozit Mərkəzinin rəhbər nümayəndələri, millət vəkilləri, özəl şirkətlərin direktorları, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Reklam_2_11

Tədbir “Heydər Əliyev - 100 il və iqtisadi islahatlar irsi” və “Azərbaycan Respublikası Mərkəzi Bankının emissiya etdiyi notlara fərqli investisiya baxışı” olmaqla iki mövzuda keçirilib.

ŞİRKƏTİN YENİ OFİSİNDƏ XÜSUSİ GUŞƏ

"İnvest-Az İnvestisiya Şirkəti" QSC-nin Təsisçisi, Müşahidə Şurasının Sədri Elşən Quliyev çıxış edədrək bildirib ki, Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən, 2023-cü il - “Heydər Əliyev İli” elan edilib: "Ümummilli lider Heydər Əliyevin Azərbaycanın taleyüklü məsələlərində verdiyi mühüm qərarlar sayəsində bu gün biz müstəqil Azərbaycanın vətəndaşı olmaqdan qürur hissi keçiririk. 2023-cü ildə ölkəmiz və Dünya Heydər Əliyevin 100 illik yübleyi tədbirlərinə şahidlik edir. Biz də yeni ofis binamızda xüsusi bir bölməni Heydər Əliyevin adını əbədiləşdirmək üçün ayırmışıq. Heydər Əliyevin əbədi ruhu qarşısında baş əyirik, Allah ulu öndərimizə rəhmət etsin".

ŞİRKƏTLƏR ÜÇÜN YÜKSƏK GƏLİRLİ YENİ İNVESTİSİYA ALƏTİ

Elşən Quliyev qeyd edib ki, ölkəmizdə bütün sahələrdə olan inkişaf kapital bazarlarına da öz müsbət təsirini göstərir. Eyni zamanda, kapital bazarlarının inkişafı, özəl şirkətlərin bu bazara cəlb edilməsi istiqamətində yeni qərarlar qəbul edirlər:

"Bugünkü xüsusi tədbir çərçivəsində Azərbaycanın iri şirkətlərinin rəhbərləri və xüsusi nümayəndələri ilə fikir mübadiləsi də aparmağı nəzərdə tuturuq. Belə ki, Mərkəzi Bankın təşəbbüsü ilə 2023-cü ilin aprel ayından başlayaraq Mərkəzi Bankın emissiya etdiyi notların müəyyən parametrlərə uyğun gələn hüquqi şəxslərə satışına ilk dəfə icazə verilib. Amma Azərbaycan ictimaiyyətində, Azərbaycanın aktiv fəaliyyət göstərən şirkətlərində bu barədə məhdud məlumat var. Bunu nəzərə alaraq tədbir çərçivəsində bu investisiya alətini barədə geniş məlumatlar verəcəyik. 

Mərkəzi Bankın notları uzun illərdir mövcuddur və bu məhsulu yalnız tənzimləyicinin nəzarətində olan banklar və sığorta şirkətləri alırdı. Aprel ayından etibarən isə bu məhsula hüquqi şəxslərin də investisiya etmək imkanı yaradılıb. Bu çox önəmli bir irəliləyişdir. Mərkəzi Bankın notlarını qısamüddətli depozit kimi nəzərdə tuta bilərsiniz. Azərbaycan manatı ilə Mərkəzi Bankın notlarına yatırılan hər bir investisiya çox likviddir, onu qısa müddətdə geri götürmək mümkündür. Həmçinin Mərkəzi Bankın notları çox yüksək gəlirli investisiya alətidir". 

"İNVEST-AZ" KOMİSSİYANI LƏĞV ETDİ

Elşən Quliyev çıxışında qeyd edib ki, daha çox hüquqi şəxsin Mərkəzi Bankın notlarına sərmayə yatırmasına nail olmaq üçün "İnvest-Az İnvestisiya Şirkəti"  iki ay müddətində bu alət üzrə göstərdiyi xidmətlərə görə komissiya almayacaqdır:

"İnvestisiya şirkətləri içərisində ilk dəfə biz, yaxın iki ay ərzində tamamilə komissiyanı ortadan qaldırırıq. Biz bu barədə öz qərarımızı burada bəyan edirik. Azərbaycanın şirkətlərini gəlirli və likvid investisiya alət olan Mərkəzi Bankın notlarından istifadə etməyə çağırırıq. Notların bank depozitlərindən ən böyük fərqi likvid olmasıdır. Bu alətə investisiya etmək üçün hər hansı bir investisiya şirkətində hesabınızın olması yetərlidir. Biz bu istiqamətdə öz müştrilərimizə xidmətlər göstəririk və sizləri də əməkdaşlığa dəvət edirik".

86 MİLYON MANATDAN ÇOX GƏLİR

"İnvest-Az"ın təsisçisi çıxışında Mərkəzi Bankın notları barədə bir neçə maraqlı statistikanı da səsləndirib: "Son 1,5 il ərzində Mərkəzi Bank tərəfindən 6 milyard manatdan çox notlar emissiya olunub. Bu emissiyalara 27 milyard manatdan çox tələb olub. Mərkəzi Bank bu notlara investisiya edənlərə 86 milyon manatdan çox gəlir qazandırıb". 

MƏRKƏZİ BANKA AYRICA TƏŞƏKKÜR

Eləşən Quliyev, "Mərkəzi Bank tərəfindən banklardan başqa digər özəl hüquqi şəxslərin də notlara sərmayə yatıra bilmələri imkanının yaradılması kapital bazarlarına çox böyük təkandır. Bu işlərə görə Mərkəzi Banka ayrıca təşəkkür edirəm" deyib.

İNVEST-AZ-IN YENİ OFİSİ MÜASİR VƏ TƏLƏBLƏRƏ UYĞUNDUR

Eləşən Quliyev vurğulayıb ki, "İnvest-Az şirkətinin yeni müasir və tələblərə cavab verən ofisinin -  İnvstAZ Plaza-nın istifadəyə verilməsi Azərbaycan Prezidenti İlham Əliyevin ölkə iqtisadiyyatının, sahibkarlığın inkişafı istiqamətində gördüyü işlərin təzahürüdür: "Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etdiyi üçün investisiya şirkəti belə müasir ofisini istifadəyə verir".

"AZƏRBAYCANIN KAPİTAL BAZARLARININ POTENSİALI DAHA BÖYÜKDÜR"

Eləşən Quliyev əlavə edib ki, Azərbaycanını kapital bazarlarının potensialı daha çoxdur, biz bazarı bir neçə dəfə artıra bilərik. Həmçinin Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə kapital bazarları da inkişaf edəcəkdir.

Tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, millət vəkili Rüfət Quliyev çıxış edərək, ümummilli lider Heydər Əliyevin xidmətlərindən, ölkə iqtisadiyyatının inkişafından bəhs ediblər.

Tədbirin 2-ci hissəsində şirkət nümayəndələrinə Mərkəzi Bankının emissiya etdiyi notlara investisiya barədə ətraflı məlumatlar verilib, onların sualları cavablandırılıb.

İnvest-Az İnvestisiya Şirkəti Elşən Quliyev notlar İnvstAZ Plaza investisiya kapital bazar iqtisadiyyat mərkəzibank şirkət birja alət
24.06.2023 07:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 2-ci reklam_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ