BNA-da hansı korrupsiya əməlləri törədilib?
Dünən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində (BNA) əməliyyat keçirib.
Əməliyyatın konkret səbəbi, kimlərin məsuliyyətə cəlb edilməsi hələlik məlum olmasa da, cəmiyyətdə Bakı Nəqliyyat Agentliyindəki qanun pozuntuları ilə bağlı çoxsaylı fikir və iddialar səsləndirilir.
Bəlli olduğu kimi, Bakı Nəqliyyat Agentliyi yaradıldığı 2015-ci ildən etibarən ətrafında ən çox müzakirələrin aparıldığı, bəlkə də ən çox şikayətləri üzərinə fokuslayan qurum ünvanını əldə etdi. Bəlkə də bu səbəbdəndir ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılan və qısa müddət sonra publik hüquqi şəxs statusu ilə müstəqil fəaliyyət göstərən qurum bir neçə il sonra yenidən BŞİH-in tabeliyinə qaytarıldı. Ötən il isə BNA ümumiyyətlə ləğv edilərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına keçdi.
Bəs böyük ümidlərlə yaradılan, Bakının nəqliyyat problemini həll etməyi üzərinə vəzifə kimi götürmüş bu qurumun uğursuz olmasının, 8 ildə 4 dəfə başqa-başqa qurumların tabeliyinə verilməsinin səbəbi nədir?
Heç kimə sirr deyil ki, BNA-nın yaradıldığı ilk dövrdən, xüsusilə dövlət sərmayesi ilə qurulan “Bakubus” MMC-nin bu qurumun tabeliyinə verilməsindən sonra saysız-hesabsız korrupsiya ittihamları, cinayət tərkibi yarada biləcək əməllərlə bağlı informasiyalar yayılıb. Mətbuatda, informasiya resurslarında çoxsaylı bu kimi ittihamlara, qeyri-şəffaf alqı-satqı əməliyyatları, tenderlər və sair barəsində informasiyalara rast gəlmək mümkündür. Şişirdilmiş xərclər, kağız üzərindəki şirkətlərə böyük məbləğdə ödəmələr və sairlə bağlı çoxsaylı faktlar mövcuddur.
Bakı Nəqliyyat Agentliyinin etdiyi ən böyük və ağlasığmaz qanun pozuntusu isə Nazirlər Kabinetinin 04.04.2020-ci il tarixli, 135S saylı qərarı ilə ayrılmış bütün vəsaiti öz hesabına köçürərək ələ keçirməsi ilə bağlıdır. Belə ki, həmin qərarla pandemiya dövründə “həyati vacib sərnişindaşıma sahəsinə” maliyyə dəstəyinin verilməsi üçün ayrılan 280 milyon manatdan (tədbirlər planın 10-cu bəndi) Bakıda sərnişindaşıma xidməti göstərən sahibkarlara 7,5 milyon manatın ödənilməsi tapşırılıb. Lakin sonradan BNA-nın özəl şirkətlərə heç bir ödəniş etmədiyi məlum olub. Bununla bağlı daşıyıcı şirkətlər dəfələrlə aidiyyəti qurumlara müraciət edərək, pandemiya vaxtı üzləşdikləri zərərin bir qisminin ödənilməsi üçün ayrılmış vəsaitin BNA tərəfindən verilmədiyini bildiriblər.
Daşıyıcı şirkətlər hazırkı dövrdə də pandemiya dövründəki fəaliyyətlərinə görə onlar üçün ayrılmış vəsaiti tələb edirlər və bu məsələ ilə bağlı yenidən müraciət edəcəklərini bildiriblər.
Qeyd edək ki, BNA sahibkarlar üçün ayrılmış bütün vəsaiti “Bakubus” MMC-yə kömək üçün ödədiklərini bildirib. Həmin vaxt bu MMC Bakı Nəqliyyat Agentliyinin tərkibində fəaliyyət göstərib.
Xatırladaq ki, BNA ilk dövrdən etibarən Vüsal Kərimlinin rəhbərliyi altında fəaliyyət göstərib.
©️ Qafqazinfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
23 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
20 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
22 saat əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 22 saat əvvəl
-
1 gün əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
1 gün əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 1 gün əvvəl
-
1 gün əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
1 gün əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
1 gün əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
1 gün əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək




























