Qızıl Aypara “aclıq” mifini dağıtmağa gedib
Bakıdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan ermənilərin ehtiyaclarını ödəmək üçün humanitar yardım yola salınıb. İlkin mərhələdə humanitar yardım 40 ton undan ibarətdir.
Əslində xoşniyyətli, sülhməramlı yardım karvanı belə olur. Azərbaycan hakimiyyəti Qızıl Aypara Cəmiyyətinin eqidası altında gerçəkləşdirdiyi bu hümanist addımı ilə həm də Qarabağın erməni sakinlərinə sahib çıxmağa hazır olduğunu nümayiş etdirdi. Axı Azərbaycan özünün suveren ərazisində – Qarabağ iqtisadi rayonundakı on min erməni silahlısını bombalamaq fikrinə düşməyib. Bunun tamamilə əksinə olaraq, Bakı doğma Qarabağ bölgəsində yaşayan, amma bizim vətəndaşlarımız olmayan erməniləri ehtiyac duyduqlaru ilkin tələbat malı ilə – çörəyə çevriləcək unla təmin etmək niyyətindədir. Burada hansısa alt niyyət axtarmağın yeri varmı" Əlbəttə, yoxdur. İndi həmin Qərbdə özünün suveren ərazisində ölkə və beynəlxalq qanunvericiliyə və milli maraqlarına tam uyğun şəkildə hərəkət etməyə haqqı olan Azərbaycanı qınamağa kimin cürəti çatar"
Əgər Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin ərzağa ehtiyacı varsa, onlar Azərbaycanın göndərdiyi humanitar yardımdan istifadə etməlidirlər. Bunu elementar məntiq deyir. Yox, onların humanitar yardımdan yararlanmaq niyyətləri yoxdursa, deməli, Xankəndi və ətraf rayonlardakı ermənilərin Ermənistandan da göndərilən qida məhsullarına da ehtiyacı yox imiş. Nəticədə hamıya məlum olacaq ki, onların son səkkiz ayda /açın yolunun bağlanması, “blokada”, “humanitar böhran” və aclıqdan əziyyər çəkmələri ilə bağlı apardığı kampaniya siyasi məqsədli şoudan savayı bir şey deyilmiş.
Media mənsublarının diqqətini çəkən maraqlı məqam isə humanitar yardımın daşındığı yük maşınlarının seriya nömrəsi olub. Yəni Xankəndiyə istiqamət götürən yük maşınlarının seriya nömrəsində “44” rəqəminin yazılması ermənilərə xüsusi mesaj kimi nəzərdə tutulduğu iddia edilib. Hamıya bəllidir ki, 44 rəqəmini Azərbaycan üçün doğma edən əsas amil Vətən müharibəsinin bu qədər müddət davam etməsi və şanlı ordumuzun cəmi 44 gün ərzində erməniləri diz çökdürərək Zəfər qazanmasının, Qarabağı işğalçılardan azad etməsinin rəmzidir
İrəvandakı daşnak-revanşistlərin nə düşünəcəklərindən, Bakının bu xeyriyyəçilik jestini qəbul edib-etməyəcəklərindən asılı olmayaraq, həmin addım atılır.
“Biz bölgədə baş verən prosesləri diqqətlə izləməkdə davam edəcəyik. İnanıram ki, atdığımız bu addım həm ictimaiyyət, həm beynəlxalq birlik, həm də Xankəndidə yaşayan erməni əsilli əhali tərəfindən müsbət qəbul ediləcək”. Bu sözləri mediaya açıqlamasında söyləyən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan onu da qeyd edib ki, siyasətdən uzaq qeyri-hökumət təşkilatı kimi Qızıl Aypara Cəmiyyəti hansısa siyasi prosesə və ya cərəyana qoşulmayıb, indi də qoşulmur, gələcəkdə də qoşulmayacaq: “Ümid edirəm ki, bizim bu fəaliyyətimiz bütün müstəvilərdə normal qarşılanacaq. Sonra qiymətləndirmə aparılacaq və zərurət yaranarsa, Qarabağa daha bir yardım karvanı yola salınacaq”. Təşkilat rəhbərinin sözlərinə görə, cəmiyyətin rəhbər işçiləri, o cümlədən könüllüləri Ağdam– Xankəndi yoluna doğru irəliləyəcəklər
Dünən axşam saatlarında verilən xəbərə görə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməni əsilli şəxs lərin ehtiyaclarını ödəmək üçün Bakıdan yola salınan yük maşınları Ağdama çatıb. Məlumatda qeyd olunur ki, içərisində 40 ton un məmulatları olan iki avtomaşın Ağdam–Xankəndi istiqamətində hərəkət edir.
Oxucularıa xatırladaq ki, 2023-cü il avqustun 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti İdarəetmə Şurasının qərarı ilə cəmiyyət öz Nizamnaməsinə, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikası Qanununa, Cenevrə konvensiyalarına və Sevilya razılaşmasına uyğun olaraq, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə humanitar yardım göstərməyə hazır olduğu barədə bəyanatla çıxış etmişdi. Qeyd olunan qanunvericilik aktlarına, eləcə də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının humanizm, qərəzsizlik, bütövlük prinsiplərinə əsasən, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, mobil könüllü dəstələrindən ibarət heyətlə Ağdam- Xankəndi marşrutu ilə nəzərdə tutulmuş 2 yük maşınında humanitar yardımın erməni sakinlərə çatdırılması məqsədilə dünən yola düşdü. N. Aslan açıqlamasında onu da bildirib ki, humanitar yardımın vaxtında və problemsiz ünvana çatdırılacağına ümid edirlər. Maşın karvanı “Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadəsi və onların müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Qızıl Aypara bayraqlarının və emblemlərinin müşayiəti ilə hərəkət edəcək: “Ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”. Hayastanın və Qarabağdakı separatçıların vəkilləri rolunda çıxış edən beynəlxalq “ekspertlərin” hüquqi cəhətdən nə cür komik vəziyyətə düşdüklərini təsəvvürünüzə gətirməyə çalışın. Məsələnin digər tərəfini qeyd etməyi vacib sayırıq ki, Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin həyata keçirdiyi humanitar aksiyasına BQXK-nın İrəvan şöbəsinin heç cür müdaxilə etmək imkanı yoxdur. Söhbət o BQXK-dan gedir ki, uzun illər Qarabağ separatçılarına “daydaylıq” edib, son vaxtlar isə saxta “humanitar fəlakət” şousunun tirajlanmasında birbaşa iştirak edir. Bu azmış kimi, Bakı və Qarabağ erməniləri arasında dialoq prosesini monopoliyaya almaq və siyasiləşdirmək cəhdlərində bulunurdu. Ağdamdan 23 kilometr məsafədə yerləşən Xankəndidə isə etiraz aksiyaları davam etdirilir. Azərbaycanın göndərdiyi undan bişirələcək çörəyi yeməklə, guya, Bakıya reinteqrasiya olacaqlarını qəbul etməyən daşnak-separatçılar bununla “blokada”, “aclıq təhlükəsi” kimi feyk-təbliğatlarının da sabun köpüyünə dönəcəyini yaxşı bilirlər.
Aldığımız son məlumatlara görə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Xankəndidəki erməni əsilli sakinlərə 40 ton humanitar yardım aparılması ilə bağlı Azərbayanın Qarabağ iqtisadi rayonuda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarına məlumat verilib. Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş katibi Ceyhun Mirzəyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, məram və məqsədləri barədə Rusiya sülhməramlılarının komandirinə məlumat veriblər: “Onlar da öz növbəsində rəhbərliyə məruzə etdilər. Bundan sonra onlar rəhbərliyin verəcəyi qərarı bizimlə bölüşmək üçün vaxt istədilər. Verilən son məlumata görə, Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gecələmək üçün çadır quraşdırıblar. Amma günün əsas qərarını Qarabağ erməniləri verməlidirlər. Əslində bununla da əsl həqiqətin üzə çıxacağı gözlənilir. Bu həqiqət isə Qarabağ ermənilərinin Bakının uzatdığı yardım əlini qəbul, yoxsa ondan imtina edəcəkləri ilə bağlı qərarından sonra görünəcək. Seçim öz əllərindədir...
© İmran Bədirxanlı, "Xalq" qəzeti
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
2 saat əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
-
2 saat əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
- 3 saat əvvəl
-
7 saat əvvəl
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
- 8 saat əvvəl
-
8 saat əvvəl
İran müharibəsi kimyəvi pestisid və gübrə qiymətlərinə də təsir etməyə başlayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Ən çox oxunanlar
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır
Martın 27-də gözlənilən hava şəraiti
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"
Azərbaycan neftinin son qiyməti
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
FED ardıcıl üçüncü il zərər açıqlayıb






















