Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Birjada məsləhət tam ödənişsizdir, şirkətlər üçün daha aşağı faizlə borclanmaq imkanı var"- MÜSAHİBƏ

“Bakı Fond Birjası”nın Biznesin İnkişafı Qrupunun rəhbəri Emil Babayevin Marja.az-a müsahibəsi
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Birjada məsləhət tam ödənişsizdir, şirkətlər üçün daha aşağı faizlə borclanmaq imkanı var"- MÜSAHİBƏ

Bugünkü müsahibimiz “Bakı Fond Birjası” QSC-nin Biznesin İnkişafı Qrupunun rəhbəri Emil Babayevdir.

- Emil Bəy, ilkin olaraq Bakı Fond Birjasının fəaliyyətə başlamasının ildönümü münasibətilə sizi təbrik edirik. Zəhmət olmasa Birjanın fəaliyyət istiqamətləri barəsində qısa məlumat verərdiz.

- Diqqətiniz üçün minnətdaram. Bildirmək istərdim ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən, qiymətli kağızların ticarətini təşkil edən, yeganə fond birjası olan  Bakı Fond Birjası qapalı səhmdar cəmiyyət olaraq 1997-ci ildə yaranmış, 2000-ci ildən fəaliyyətə başlamış qiymətli kağızların ticarətinin təşkil olunduğu maliyyə qurumudur. Bakı Fond Birjasında səhm, korporativ istiqrazlar, dövlət istiqrazları, Mərkəzi Bankın notları, repo qısamüddətli borc aləti ticarət olunmaqdadır. Hazırda 12 investisiya şirkəti Bakı Fond Birjasının üzvüdür. Emitent və investorlar investisiya şirkətlərinin xidmətlərindən yararlanaraq kapital bazar iştirakçıları ola bilər. Qeyd edim ki, Bakı Fond Birjası ümumi ticarət dövriyyəsinə görə Müstəqil Dövlətlər Birliyi ölkələri arasında Moskva Birjası və Qazaxıstan Fond Birjasından sonra üçüncü yerdədir.

- Emil bəy, son 3 ildə Bakı Fond Birjasının istər ticarət dövriyyəsində yüksək aktivlik və demək olar hər il yeni statistik rekordlar müşahidə edirik. Bu barədə nə demək istərdiniz?

- Bəli, çox düzgün buyurdunuz. Bakı Fond Birjası kapital bazarında tənzimləyici olan Azərbaycan Respublikasının Mərkəzi Bankı, investisiya şirkətləri və digər kapital bazarı iştirakçılarının əməkdaşlığı nəticəsində 2021-ci ildən Bakı Fond Birjasında korporativ qiymətli kağızların ticarəti üzrə və ümumi ticarət dövriyyəsində canlanma baş vermişdir. Belə ki, 2021-ci ildə müvafiq tarixə qədər rekord nəticə olan 33 korporativ qiymətli kağız buraxılışı və 15.3 milyard manat ümumi ticarət dövriyyəsi, 2022-ci ildə 14,9 milyard manat ümumi ticarət dövriyyəsi və Birja fəaliyyət tarixinin rekord nəticəsi - 45 korporativ qiymətli kağız buraxılışı ilə başa vurmuşdur. 2023-cü ilin ilk 8 ayında isə 13 milyard manata yaxın ümumi ticarət dövriyyəsi olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 50% çoxdur. Ticarət həcmində olan artım emitent və investor sayında da öz əksini tapmaqdadır. Bildirmək istərdim ki, Bakı Fond Birjasının qeyd olunan məlumatları Bakı Fond Birjası üzv olduğu nüfuzlu beynəlxalq maliyyə inistitutları (WFE, MAB və s.) ilə də mütəmadi olaraq bölüşür.

- Qeyd etdiyiniz inkişaf dinamikasına səbəb olaraq nəyi görürsünüz?

- Qiymətli kağızlar bazarının təşviqi həm dövlət, həm də Birja tərəfindən dəstəkləyici tədbirlər görülməkdədir. Belə ki, Bakı Fond Birjasının inkişaf strategiyasının əsas prioritet hədəfi korporativ qiymətli kağızlar bazarının canlanmasıdır və bu istiqamətdə davamlı addımlar atılmaqdadır. Misal olaraq, Bakı Fond Birjasında listinqə ilk dəfə daxil ediləcək səhmlərin emitentləri bu ilin sonunadək listinq üzrə xidmət haqqından azad edilmişdir, qiymətli kağızların kütləvi təklif üsulu ilə yerləşdirilməsi zamanı anderraytinq xidməti göstərən investisiya şirkətlərinə BFB tərəfindən pul mükafatı verilir. Atılan addımlar, BFB-də listinqdə olan səhmdar cəmiyyətlərin sayının artırılmasına və ümumilikdə BFB-nin bazar kapitallaşmasının yüksəldilməsinə, investisiya şirkətlərinin anderraytinq xidməti göstərməsinin stimullaşdırılmasına hədəflənmişdir. Dövlət tərəfindən isə kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad edilməsi və bir sıra dövlət şirkətlərinin özəlləşdirilməsi qərara alınması qiymətli kağızlar bazarının inkişaf etdirilməsi məqsədilə atılmış mühüm addımlardır.

-Emil bəy, mütəşəkkil kapital bazarının əsas üstünlükləri nələrdir?

- Bu məsələyə iki aspektdən yanaşmaq daha düzgün olardı - emitent (qiymətli kağız buraxılışı edən) və investor. Emitentlər üçün üstünlüklərə borc aləti olan istiqraz vasitəsilə daha aşağı faizlə, girovsuz və bazar limitləri daxilində öz faiz dərəcəsini müəyyən edə bilməsini, səhm buraxılışı vasitəsiə kapitalını artıra bilməsini qeyd etmək olar. İnvestorlar üçün isə kapital bazarında daha yüksək gəlirliliyə sahib maliyyə alətlərinin mövcudluğunu və likvidlərini daha əlçatan, effektiv və avtomatlaşdırılmış yolla idarə etməsini göstərmək olar. Belə ki, ənənəvi bank depozitləri ABŞ dolları üzrə 1-2 faizə qədər olduğu halda, kapital bazarında isə 4,5-8 faiz aralığında dəyişməkdədir. Hətda investorlar üçün səhmdarı dövlət olan şirkətlərdə belə 4,5-6 faiz gəlirliliklə investisiya imkanı vardır. Əlavə olaraq bildirmək istərdik ki, manatla buraxılan qiymətli kağızların illik faiz dərəcəsi isə 6-15 faiz arasındadır. Bütün bu proseslərdə investor və emitentlərin hüquqları tam şəkildə qorunaraq həyata keçirilməkdədir. 

- Şirkətlər mütəşəkkil kapital bazarın üstünlüklərindən necə yararlana və maliyyə cəlb edə bilərlər?

-  Bakı Fond Birjası (BFB) qiymətli kağızların buraxılışı vasitəsi ilə maliyyələşmək istəyən və bu istiqamətdə dəstəyə ehtiyacı olan şirkətlərə Listinq Məsləhət Proqramı (LMP) çərçivəsində qiymətli kağızların buraxılışı müddətində tam və ödənişsiz dəstək verir. Proqramın əsas məqsədi ölkə iqtisadiyyatının müxtəlif sektorlarında qiymətli kağız buraxmaq istəyən şirkətlərin BFB-nin mövcud bazar seqmentlərinin tələblərinə cavab verəcək səviyyədə hazırlanmasına, maliyyə şəffaflığının təşviqi məqsədi ilə hesabatlılığın təmin edilməsinə, korporativ idarə etmənin təkmilləşdirilməsinə və eləcə də, kapital bazarlarından əlverişli şərtlərlə maliyyə vəsaitləri cəlb etməsinə dəstək olmaqdan ibarətdir. Bu barədə ətraflı məlumat birjanın vebsaytında da öz əksini tapmaqdadır.

- Müşahidə edirik ki, kapital bazarı barəsində ictimaiyyət arasında yetərincə məlumat yoxdur. Birja bu istiqamətdə hansı tədbirləri həyata keçirir və keçirməkdədir? 

- Bakı Fond Birjası müntəzəm olaraq kapital bazarı, listinq, Birjada investisiya imkanları, qiymətli kağızların buraxılışı mövzularında maarifləndirici tədbirlər həyata keçirməkdədir. Belə ki, regionlarda olan biznes subyektlərini kapital bazarı barəsində maarifləndirmə məqsədi daşıyan səkkiz “İnvestisya Səyahəti” tədbiri həyata keçirilmişdir. Müntəzəm olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası, İnvestisiya Şirkətləti tərəfindən KOBİA, AzPromo, AMFA, ASK, SİF üzvü olan şirkətlər üçün “Qiymətli kağızların buraxılışı, Bakı Fond Birjasında listinq və Listinq Məsləhət Proqramı” mövzularında sertifikatlı təlimlər keçirilməkdədir. Əlavə olaraq, potensial emitentlərin listinqə cəlbi məqsədilə  Birjada müntəzəm olaraq “Emitent günü” tədbirləri keçirilir. Bu tədbirlərin əsas məqsədi qiymətli kağız buraxılışı edən şirkətlərin öz təcrübələrini potensial emitentlərlə bölüşməsidir.

- Emil bəy, müsahibə üçün təşəkkür edirik. Son olaraq maliyyələşmə axtarışında olan şirkətlərə nə tövsiyyə edərdiniz?

-Fürsətdən istifadə edib, Azərbaycanda fəaliyyət göstərən şirkətlərə bir daha bildirmək istərdim ki, daha münasib şərtlərlə maliyyələşmək üçün Bakı Fond Birjasına və Bakı Fond Birjasının üzvü olan investisiya şirkətlərinə müracitə edə bilərlər. Bu addım öz növbəsində həmin şirkətlərin nüfuzunun və etibarlılığının artmasına gətirib çıxaracaqdır ki, növbəti qiymətli kağız buraxılışlarında daha aşağı faizlə borclanma və daha yüksək həcmdə kapital cəlbi imkanları əldə etmiş olacaqlar. 

Kapital bazarı haqqında məlumatı olmayan şirkətlər Bakı Fond Birjasının Listinq Məsləhət Proqramına müraciət edərək tam ödənişsiz konsultasiya xidməti əldə edib öz qiymətli kağızlarının buraxılışlarını həyata keçirə biləcəklər. Birjaya müraciət etmək istəyənlər vebsaytımıza keçid edərək əlaqə saxlaya bilərlər. Birja hər zaman əməkdaşlığa açıqdır və yeni emitentləri öz listinq siyahısında görmək istəyir. 

-Bir daha təşəkkür edirəm.

Emil Babayev Bakı Fond Birja borc səhm korporativ istiqrazlar notlar repo kapital bazar listinq məsləhət proqram
07.09.2023 07:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ