Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ

Maliyyə Nazirliyinin 1092 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

10 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlət istiqrazının növü: Kuponlu, ortamüddətli dövlət istiqrazları 

Qiymətli kağızın ISIN kodu: AZ0201040257

Emissiya həcmi: 90 000 000 manat

Nominal dəyəri: 100 manat

İstiqrazların tədavül müddəti:1092 gün

Faiz ödənişləri: 09 aprel 2024-cü il,  8 oktyabr 2024-cü il, 08 aprel 2025-ci il,  7 oktyabr 2025-ci il, 07 aprel 2026-cı il,   06 oktyabr 2026-cı il

Faiz gəliri:7%

Ödəmə tarixi: 06.10.2026

Anderrayter:  “PAŞA Kapital İŞ” QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

05.10.2023 15:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ