"Unicapital"dan bazarların həftəlik analitikası
"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:
Daxili bazar
Ötən həftə AR Maliyyə Nazirliyinin 1 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda orta ölçülmüş və kəsmə gəlirlilik 7.90% və 8.00% olmuş, 120 milyon AZN yerləşdirilmişdir. Bu həftə AR Maliyyə Nazirliyinin 55 milyon AZN həcmində, 3 illik (effektiv gün 903) istiqrazlarının yerləşdirilməsi planlaşdırılır.
25-26 oktyabr tarixlərində AR Mərkəzi Bankının 6 aylıq və 9 aylıq notlarının yerləşdirilməsi üzrə keçirilən hərraclarda notların gəlirlilikləri cüzi azalmış, orta ölçülmüş gəlirlilik 6 aylıq notlarda 8.17%-dən 8.09%-ə, 9 aylıq notlarda isə 8.28%-dən 8.21%-ə düşmüşdür.
Azərbaycanda iqtisadi artım məlumatı açıqlanıb. Ümum Daxili Məhsul artımı 0.8% olmuşdur.
1 noyabr tarixində AR Mərkəzi Bankı pul siyasəti ilə bağlı növbəti faiz qərarını açıqlayacaq və bununla bağlı mətbuat konfransı keçirəcəkdir. Qərar inflyasiyanın xarici və daxili amilləri üzrə risk balansının dəyişimi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla qəbul ediləcəkdir. Xatırladaq ki, ötən iclasdan bəri illik inflyasiya tempində azalma meyilləri müşahidə edilmişdir. Sentyabr ayında da deflyasiya baş vermiş, inflyasiya dərəcəsi 11.7%-dən 10.9%-ə düşmüşdür (ötən ilin sonunda inflyasiya dərəcəsi 13.9% idi). Öncəki iclasda AR Mərkəzi Bankının qərarı ilə uçot dərəcəsi 9%, faiz dəhlizinin aşağı həddi 7.5%, faiz dəhlizinin yuxarı həddi isə 10% səviyyəsində dəyişməz saxlanılmışdı.
Qlobal bazar
Amerikada 3-cü rüb üzrə iqtisadi artım gözləntiləri və 2-ci rübün nəticələrini üstələyərək 2.1%-dən 4.9%-ə qalxmışdır. Analitiklər artımın 4.5% olacağını proqozlaşdırırdılar.
1 noyabr tarixində ABŞ Federal Ehtiyatlar Sistemi pul siyasəti ilə bağlı növbəti faiz qərarını açıqlayacaq. Faizlərin dəyişdirilməyərək 5.25%-5.50% həddində saxlanılacağı gözlənilir.
3 noyabr tarixində ABŞ-da əsas məşğulluq göstəricisi olan qeyri-kənd təsərrüfatı sahələrində iş yerlərinin sayındakı dəyişiklik məlumatı və işsizlik dərəcəsi açıqlanacaq. İş yerlərindəki dəyişiklik sayının azalaraq 336k-dan 190k-a düşəcəyi, işsizliyin isə 3.8% qalacağı gözlənilir.
26 oktyabr tarixində Avropa Mərkəzi Bankı uçot faiz dərəcəsini dəyişməyərək 4.50% həddində saxladı.
Bu həftə həmçinin Avrozonada iqtisadi artım və işsizlik dərəcəsi açıqlanacaq. İqtisadi artımın azalaraq 0.5%-dən 0.2%-ə düşəcəyi, işsizliyin isə 6.4% qalacağı proqnoz edilir.
Ötən həftə Türkiyə Mərkəzi Bankı yüksək inflyasiya səbəbilə faiz dərəcəsini 30%-dən 35%-ə qaldırdı. Faizlərin artımına baxmayaraq türk lirəsi hələ də dəyər itirməkdə davam edir. Nəzərinizə çatdıraq ki, Türkiyədə inflyasiya son məlumata əsasən 61.53%-dir və 3 noyabr tarixində açıqlanacaq məlumatda inflyasiyanın 62.40%-ə qalxacağı gözlənilir.
Rusiya Mərkəzi Bankı da keçən həftə əsas faiz dərəcəsini 13%-dən 15%-ə qaldırdı. Rusiyada da sentyabr ayında inflyasiyada artım tempi müşahidə edilmiş, inflyasiya 5.15%-dən 6.00%-ə qalxmışdır.
Həftəlik analitikanı "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi təqdim etdi.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 21 saat əvvəl
-
22 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
1 gün əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi























