Gələn il dövlət istiqrazları ilə 3,2 milyard daxili borclanma nəzərdə tutulur
2024-də dövlət istiqrazları üzrə 500 milyon manat məbləğində faiz ödəniləcək.![Gələn il dövlət istiqrazları ilə 3,2 milyard daxili borclanma nəzərdə tutulur](/storage/thumbnail/cover/cdn/2023/noyabr/01/borclanma8.jpg)
2024-cü il dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər 1 milyard 972,6 milyon manat məbləğində proqnozlaşdırılır. Həmin xərclərin 1 milyard 472,6 milyon manatını xarici dövlət borcu üzrə xərclər, o cümlədən, 850,9 milyon manatını əsas borc ödənişləri, 621,7 milyon manatını faiz xərcləri təşkil edir.
Marja.az-ın məlumatına görə, bu, 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilir.
Qeyd edilib ki, 2024-cü ilin dövlət büdcəsində daxili dövlət borcuna xidmət üçün daxili maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları üzrə 500 milyon manat məbləğində faiz xərcləri proqnozlaşdırılır.
2023-cü ilin dövlət büdcəsi ilə müqayisədə 2024-cü ilin dövlət büdcəsində dövlət borcuna xidmət xərcləri üçün proqnozlaşdırılan vəsait 790,1 milyon manat daha çoxdur. Növbəti il üzrə borca xidmət xərclərinin artmasının səbəbləri xarici dövlət borcu üzrə əsas borc ödənişlərinin 850,9 milyon manat hissəsinin dövlət büdcəsinin xərclərində əks olunması, dünyanın aparıcı mərkəzi bankları, o cümlədən, ABŞ Federal Ehtiyatlar Sistemi (1 sentyabr 2022-ci il tarixinə 2,5 faiz-sentyabr 2023-cü il tarixinə 5,5 faiz) və Avropa Mərkəzi Bankı (1 sentyabr 2022-ci il tarixinə 0,5 faiz-1 sentyabr 2023-cü il tarixinə 4,25 faiz), həmçinin, Azərbaycan Respublikasının Mərkəzi Bankı (1 sentyabr 2022-ci il tarixinə 7,75 faiz-1 sentyabr 2023-cü il tarixinə 9 faiz) tərəfindən uçot faiz dərəcələrinin artırılması nəticəsində faiz xərclərinin 341,6 milyon manat, o cümlədən xarici dövlət borcu üzrə hökumət tərəfindən cəlb edilmiş kreditlərin faiz xərclərinin 106,6 milyon manat, daxili maliyyə bazarında yerləşdirilən dövlət istiqrazları üzrə faiz xərclərinin 235 milyon manat həcmində artmasıdır. Sadalanan səbəblər ilə yanaşı, dövlət zəmanəti ilə cəlb edilmiş, lakin hökumət tərəfindən xidmət edilən kreditlər üzrə öhdəliklərin maliyyələşdirilməsi məqsədilə 2023-cü ilin dövlət borcuna xidmət xərclərində nəzərdə tutulan vəsaitin (402,4 milyon manat) 2024-cü ilin dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən çıxarılması (2024-cü il üçün 322,8 milyon manat) nəticəsində 2023-cü il ilə müqayisədə 2024-cü ilin dövlət büdcəsində dövlət borcuna xidmət xərcləri üçün proqnozlaşdırılan vəsait üzrə artım cəmi 790,1 milyon manat olmuşdur
2024-cü ildə birbaşa xarici dövlət borcu üzrə 2 milyard 363,0 milyon manat (1 milyard 390 milyon ABŞ dolları), o cümlədən, 2024-cü ildə vaxtı çatan beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş xarici valyuta nominallı dövlət qiymətli kağızları üzrə 1 milyard 530 milyon manat (900 milyon ABŞ dolları) məbləğində əsas borc ödənişlərinin həyata keçirilməsi proqnozlaşdırılır. Bu öhdəliklərin 850 milyon manat (500 milyon ABŞ dolları) məbləğində hissəsinin yuxarıda qeyd olunduğu kimi dövlət büdcəsi xərclərindən, qalan 1 milyard 513 milyon manat (890 milyon ABŞ dolları) məbləğində hissəsinin isə daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsindən cəlb olunacaq vəsait hesabına ödənilməsi nəzərdə tutulur.
Eyni zamanda, daxili dövlət borcu üzrə 2024-cü ildə ödəniləcək təqribən 1 milyard 644 milyon manat məbləğində vaxtı çatacaq əsas borc ödənişlərinin daxili bazarda yerləşdiriləcək dövlət istiqrazları hesabına yenidən maliyyələşdirilməsi də nəzərə alınmaqla, daxili borclanma hesabına birbaşa dövlət borcunun yenidən maliyyələşdiriləcək ümumi məbləği 3 milyard 157 milyon manat təşkil edəcəkdir.
Azərbaycan Respublikasının 2024-cü il üzrə xarici dövlət borclanmasının yuxarı həddinin (limitin) 1 milyard 700 milyon manat, daxili dövlət borclanmasının yuxarı həddinin (limitin) 2 milyard 300 milyon manat və il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddinin (limitin) 700 milyon manat məbləğində olması təklif edilir.
2023-cü ilin 1 sentyabr tarixinə “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun qalığı 30,4 milyon manat və 430 milyon ABŞ dolları (manat ifadəsində 761,4 milyon manat) təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Metropolitendə aylıq sərnişindaşıma ilk dəfə pandemiyadan əvvəlki dövrdən çox olub
-
10 saat əvvəl
Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqlədi
- 10 saat əvvəl
![AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur](/storage/thumbnail/thumbnail/cdn/2024/may/03/Azerbaycanda_vakansiyalar.png)
AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur
![Putin Əliyevlə Astana sammitində danışıqlar aparacaq](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/29/39e3b499-a8de-4d48-859b-cc20cbffd249.jpeg)
Putin Əliyevlə Astana sammitində danışıqlar aparacaq
![Dolların sabaha olan rəsmi məzənnəsi müəyyən olunub](/storage/thumbnail/thumbnail/cdn/2024/may/16/dollar_naxis.jpg)
Dolların sabaha olan rəsmi məzənnəsi müəyyən olunub
![ADY-nin sərnişin sayı ciddi şəkildə artıb](/storage/thumbnail/thumbnail/cdn/2024/mart/20/ady-qatar.jpg)
ADY-nin sərnişin sayı ciddi şəkildə artıb
![Azərbaycan BYD şirkəti ilə sənədlər imzaladı](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/02/bydd.jpg)
Azərbaycan BYD şirkəti ilə sənədlər imzaladı
Ən çox oxunanlar
![Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqlədi](/storage/thumbnail/thumbnail/cdn/2020/May/13/ilhamimza1.jpg)
Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqlədi
![Nazir taxıl biçini prosesini izləyib, fermerlərlə görüşüb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/02/mecnun-memmedov-taxil-bicin.jpg)
Nazir taxıl biçini prosesini izləyib, fermerlərlə görüşüb
![atb360 mobil əlavəsinə yeni funksiya artırıldı](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/02/parkinq-atb.jpg)
atb360 mobil əlavəsinə yeni funksiya artırıldı
![Gömrük nəzarətindən gizlədilən müxtəlif növ məhsullar aşkarlanıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/02/gomrukden-gizledilenler.jpg)
Gömrük nəzarətindən gizlədilən müxtəlif növ məhsullar aşkarlanıb
![ABB AKA Bankla müqavilə imzaladı](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/02/AKA.png)
ABB AKA Bankla müqavilə imzaladı
![Prezident səfir və baş konsulu vəzifəsindən geri çağırdı](/storage/thumbnail/thumbnail/cdn/2022/Fevral/22/aliyev-imza.jpg)