Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Birjalarda son vəziyyət- 04.12.2023

iç səhifə xəbər başlığı altı (mobil)_31
Birjalarda son vəziyyət- 04.12.2023
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ötən həftə ərzində də dolların major valyutalar qarşısında ucuzlaşması fonunda Dollar İndeksi (DXY) həftəlik şamını enişlə tamamladı.

EUR/USD məzənnəsi həftəlik şamını enişlə tamamlasa da 1.09$ səviyyəsinin üzərindəki mövqeyini qoruyub saxladı. Cari həftə ərzində Avrozonada dərc olunacaq ÜDM və Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri paritetdə tendensiyanın formalaşmasına ciddi təsir edə bilər. Analitiklər resessiyanın getdikcə dərinləşdiyi Avrozonada açıqlanan bütün iqtisadi göstəriciləri diqqətdə saxlayır və bu göstəricilərin avronun qlobal valyuta birjalarındakı qiymətlərinə ciddi təsir imkanlarının altını çizirlər.

Dolların altı valyuta səbəti qarşısında gücünü ölçən dollar indeksi geridə qoyduğumuz həftə ərzində bir qədər də geriləyərək 102.50 bəndə düşsə də, buradan dəstək alaraq yenidən yüksəldi və həftəlik şamını 103.26 bənd səviyyəsində bağladı. Lakin analitiklər hesab edirlər ki, DXY 103.50 bənd səviyyəsindəki müqavimət həddinin altında qaldığı müddətcə, dollar yenidən ucuzlaşa bilər. Qeyd edək ki, DXY-dakı geriləmə əsasən ABŞ-nın gözləniləndən daha zəif iqtisadi göstəriciləri fonunda bazarların FED-in növbəti faiz artımı ehtimallarının yerini faiz endirimlərinə verməsi fonunda yaşanır. 

Hazırda diqqət ilk faiz endiriminin nə vaxt baş verə biləcəyinə yönəlib. Analitiklərin və iqtisadçıların fikrincə FED-in gələn ilin mart ayından etibarən uçot faiz dərəcələrini azaltmağa başlaya biləcəyi ehtimalı 50% təşkil edir.

Dollar Yapon yeni qarşısında da ucuzlaşmaqda davam edir. Ötən həftə ərzində 146.65 hədlərinə qədər gerilədikdən sonra buradan dəstək alaraq bahalaşan USDJPY məzənnəsi,  həftəni 146.80 səviyyəsində başa vurdu. Təhlillərə əsasən “ayılar” qiyməti 145 yen səviyyəsinin altına sala və burada saxlaya bilsələr, cütlükdə eniş tendensiyası davam edə bilər.

Ardıcıl 3 həftədir dollar qarşısında bahalaşan Britaniya funt-sterlinqi ötən həftəni 1.27$ səviyyəsinin üzərində tamalayıb.

İnvestorlar ABŞ iqtisadiyyatının daha yüksək faiz dərəcələri qarşısında dayanıqlı olub-olmadığını qiymətləndirməyə çalışdıqları üçün bu həftə cümə günü təqdim ediləcək noyabr ayı əmək bazarı, xüsusilə də “NFP” hesabatı diqqət mərkəzində olacaq.

Qeyri-kənd təsərrüfatı sektorunda yeni yaranan iş yerlərinin sayı (NFP) 

Bazarlar, iqtisadi artımın sürətini itirməyə davam edib-etmədiyini görmək üçün cümə günü açıqlanacaq noyabr ayının məşğulluq hesabatını səbirsizliklə gözləyirlər.

Çox güclü olan bir rəqəm səhmlər və istiqrazlar üzrə dördüncü rübdə artım rallisinə zərbə vura bilər ki, bu da FED-in ehtimal ediləndən daha tez məhdudlaşdırıcı pul-kredit siyasətini yumşaltmağa başlayacağına dair proqnozları sarsıda bilər.

Digər tərəfdən, zəif bir rəqəm, 525 bəndlik faiz artımından sonra iqtisadiyyatın yavaşlamağa başladığı qorxusunu tətikləyərək risk iştahını azalda bilər.

İqtisadçılar oktyabrda 150 000 iş yerinin yaradılmasından sonra ABŞ iqtisadiyyatında məşğulluğun noyabrda 180 min artacağını proqnozlaşdırırlar.

Çərşənbə axşamı günü açıqlanacaq məlumatlardan gözləntilər, iş elanlarının sayının noyabr ayında orta tendensiya göstərəcəyidir. Cümə axşamı ilk dəfə işsizlik müavinatı üçün müraciət edənlərin sayına dair rəqəmlərdə də işyerlərinin sayında hər hansı bir artım əlamətinin olub olmadığı izləniləcək.

İnvestorlar FED sədri Cerom Pavelin ötən həftəki çıxışı fonunda FED-in faiz artımını tamamladığına daha çox əmin olduqdan sonra ABŞ səhmləri yüksəldi və cümə günü “S&P 500” ilin ən yüksək səviyyəsində bağlanaraq dekabr ayına optimist bir başlanğıc verdi.

Pavel faiz dərəcələri üzərində "diqqətlə" addım atacağına söz verdi və sərtləşmədə həddindən artıq irəli getməyin risklərini inflyasiyaya nəzarət edə bilməmə riskləri ilə "daha balanslı" olaraq xarakterizə etdi.

Bəzi investorlar artıq FED-in 2024-cü ilin mart ayından etibarən faiz dərəcələrini aşağı salacağına dair güclü bir şans görürlər. Lakin bazar son illərdə bir neçə dəfə FED-i və iqtisadi şərtləri səhv oxuyub və bunu yenə edə bilər.

FED dekabrın 12-13-də keçiriləcək iclasından əvvəl ənənəvi sükut dövrünə girdiyi üçün həftə ərzində bank rəsmilərindən heç bir yeni açıqlama olmayacaq.

Cari həftə ərzində Amerikadan açqlanacaq əmək bazarına dair statistik rəqəmlərlə yanaşı Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi kimi önəmli iqtisadi göstəricilər dolların qiymətlərinə dəstək ola bilər. 

Bazar iştirakçıları bu həftə həmçinin Kanada və Avstraliya Mərkəzi Banklarının faiz qərarlarını, Avstraliya və Yaponiyada ÜDM-in həcmi, Türkiyədə İstehlak Qiymətləri İndeksi kimi önəmli iqtisadi statistik rəqəmləri diqqət mərkəzində saxlayacaqlar. 

EUR

Ötən həftə DXY-da mühaşidə olunan kəskin geriləmə əsas valyutalar kimi avronun da dollar qarşısında sürətlə bahalaşmasına səbəb oldu. 

Bu həftə isə Avrozonada AMB sədri Kristin Laqardın bazar ertəsi çıxışı dekabrın 14-də keçiriləcək iclasdan əvvəl pul-kredit siyasəti ilə bağlı yeni fikirlərin olub olmadığını görmək üçün diqqətlə izləniləcək.

AMB-nin qərardan əvvəl susqunluq dövrü cümə axşamı başlayır.

Həmçinin cümə axşamı günü Avrozonada ÜDM-in həcmi, cümə günü isə Almaniyada İstehlak Qiymətləri İndeksi göstəriciləri dərc ediləcək.

Fransa və İspaniya oktyabr ayı üçün sənaye istehsalı rəqəmlərini çərşənbə axşamı, Almaniya və İtaliya isə bir gün sonra açıqlayacaqlar.

Bu arada, çərşənbə günü Almaniyanın fabrik sifarişləri məlumatları blokun ən böyük iqtisadiyyatında istehsal sektorunun hələ də tənəzzüldə olub olmadığını göstərəcək.

GBP

Ötən həftəni 1.26$ səviyyəsində tamamlayan GBPUSD məzənnəsində bu həftə tendensiyanın gedişinə təsir edəcək əsas məqamlar Böyük Britaniyada xidmət və tikinti sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri, həmçinin İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışı ola bilər. 

NEFT

Neft qiymətləri ötən həftəni də enişlə başa vurdu.

Belə ki, neft qiymətləri cümə günü investorların “OPEC+” tədarükünün azaldılmasının dərinliyinə dair şübhələri və ləng qlobal istehsal fəaliyyəti ilə bağlı narahatlıqlar səbəbindən 2%-dən çox düşüb.

Həftəlik əsasda “Brent” təxminən 2.1%, “WTI” isə 1.9%-dən çox dəyər itirib.

Cümə axşamı “OPEC+” istehsalçıları gələn ilin birinci rübündə qlobal bazardan sutkada təxminən 2.2 milyon barel neft azaltmaq barədə razılığa gəliblər ki, bu da Səudiyyə Ərəbistanı və Rusiyadan mövcud könüllü 1.3 milyon barellik azalmaları da əhatə edir.

Dünya neftinin 40%-dən çoxunu istehsal edən “OPEC+”, ləng iqtisadi artımın yanacağa olan tələbata təsiri ilə bağlı narahatlıqlar səbəbindən sentyabrın sonunda qiymətlərin 98$-dan aşağı düşməsindən sonra hasilatı azaldır.

İxtisarlar könüllü olduğundan, “OPEC+” hasilat hədəflərinə topdansatış revizyonu olmayıb. İxtisarların könüllü olması həmçinin istehsalçıların onları tam şəkildə həyata keçirib-keçirməyəcəyinə və ixtisarların necə ölçüləcəyinə dair bəzi şübhələr yaradıb.

Ötən həftəni 79.40$ səviyyəsində başa vuran “Brent” neft, cari ticarət həftəsinin ilk gününə də enişlə başlayıb. “Qara qızıl” hazırda enerji birjalarında 78.53$-dan təklif olunur. “Ayılar” qiyməti 78$ həddinin altına sala və bu səviyyədə saxlaya bilsələr, neft 75$-a kimi ucuzlaşa bilər. 75$ həddi qırılacağı təqdirdə isə, növbəti dəstək hədləri kimi 73$ və 70$ səviyyələri çıxış edir.

XAU/USD

Ötən həftəni 2071$ həddinin üzərində tamamlayan qızıl, cari həftənin ilk günündə də bahalaşmağa davam edir. Ticarət sessiyasının ilk saatlarında 2144$-a kimi bahalaşan “sarı metal” burada müqavimətlə üzləşərək bir qədər geriləyib. Hazırda 2085$-dan təklif edilən qiymətli metalın dəyəri 2100$-ın üzərinə yüksəlsə, artım tendensiyası 2144$ həddini yenidən test edə bilər.

Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.

04.12.2023 10:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ