Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Palata Elm və Təhsil Nazirliyinin fəaliyyətində nöqsanlar aşkarlayıb - 468,8 milyonluq müqavilələr audit olunub

"Şərtlərə cavab verməyən iddiaçılar qalib elan olunub, rəqabət təmin edilməyib"
iç səhifə xəbər başlığı altı (mobil)_31
Palata Elm və Təhsil Nazirliyinin fəaliyyətində nöqsanlar aşkarlayıb - 468,8 milyonluq müqavilələr audit olunub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Hesablama Palatası 2023-cü il üçün İş Planı əsasında Elm və Təhsil Nazirliyinin, eləcə də qurumun təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin (İdarə) 2021-2022-ci illərdə həyata keçirilmiş dövlət satınalmalarının hüquqi aktlara uyğunluğu vəziyyətinin qiymətləndirilməsi üzrə auditini aparıb, nöqsanlar aşkar edib.

Bu barədə Palatadan bildirilib.

Məlumata görə, auditin əhatə etdiyi dövrdə 666,3 milyon manat dəyərində 494 müqavilə bağlanılıb, həmin müqavilələr üzrə icra məbləği 526 milyon manat təşkil edib.

Satınalma müqavilələri əsasında 461,1 milyon manat dəyərində mal, iş və xidmətlər alınıb, hər iki qurumda keçirilmiş satınalmaların əsas hissəsi funksional fəaliyyətlə bağlı funksiyaların yerinə yetirilməsi məqsədini daşıyıb. Auditlə ümumilikdə 411 müqavilə çərçivəsində 468,8 milyon manatı əhatə edilib.

Hesablama Palatası eyni mövzu üzrə əvvəlki dövrdə də kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirib, iki auditin nəticələrinin müqayisəsi bir sıra istiqamətlərdə müsbət meyillərin olduğunu göstərsə də, cari auditlə hər iki qurum tərəfindən dövlət satınalmalarının müxtəlif mərhələləri üzrə fəaliyyətin təşkilində oxşar və fərqli bəzi nöqsanlara yol verildiyi müəyyən edilib.

Əvvəlki dövrdən fərqli olaraq, cari auditin əhatə etdiyi dövrdə dövlət satınalmalarının hüquqi aktların tələbləri ilə müəyyən olunmuş müddətlərdə hazırlanması təmin edilsə də, planlaşdırmanın əsaslı şəkildə təşkil olunmaması səbəbindən bir sıra hallarda plandan kənarlaşmalara yol verilib. Satınalma planlarının tərtibi zamanı bəzi hallarda satın alınacaq malların adı, həcmi, miqdarı və ölçüsü haqqında məlumatlar hər bir mal üzrə ayrı-ayrılıqda göstərilməyib, bəzi hallarda isə faktiki satınalma sayı planlaşdırılmış saya uyğun olmayıb.

Əsas şərtlər toplusunda satın alınan mallara dair texniki və ya keyfiyyət göstəriciləri üzrə tələblərin dəqiq və aydın şəkildə əks etdirilməməsi bir sıra hallarda nəzərdə tutulmuş və satın alınmış malların fərqlənməsinə səbəb olmaqla ümumilikdə tenderin şərtlər toplusunda göstərilən xüsusiyyətlərə cavab verməyən malların satın alınmasına şərait yaratmışdır. Bu, eyni zamanda, həmin malların alış və bazar qiymətlərinin uyğunluğunun ədalətli qiymətləndirilməsi imkanlarını məhdudlaşdırmışdır.

İcra edilmiş satınalmaların rüblər üzrə bölgüsü dövlət vəsaitlərinin icrasında ahəngdarlığın təmin edilməsinin tam olaraq gözlənilmədiyini, dövlət ehtiyaclarının ödənilməsi istiqamətində satınalmaların əsas hissənin, o cümlədən bir mənbədən satınalma metodunun tətbiq edildiyi halların 40,1%-nin ilin dördüncü rübünə təsadüf etdiyini göstərir.

Ümumilikdə bir sıra fəaliyyətin təkrarlanan və amillərin proqnozlaşdırıla bilinən olması fonunda satınalmaların bir mənbədən keçirilməsi halları davam etmiş, başqa sözlə bəzi istiqamətlərdə əhatənin məlum olması satınalmaların proqnozlaşdırılmasını asanlaşdırsa da, həmin işlərin və xidmətlərin bir mənbədən satınalmalar tətbiq edilməklə alınması metodun əsaslı şəkildə seçilmədiyini vurğulamaq imkanı vermişdir.

Bəzi hallarda hüquqi aktlarla müəyyən olunmuş funksiyaların icrasını təmin edən xidmətlərin kənar təşkilatlardan satın alınmasına və ya nəzərdə tutulmayan istiqamətlərə vəsait ödənilməsinə yol verilmiş, satınalmaların, eləcə də müqavilənin qüvvədə olma müddətinin funksional fəaliyyətə uyğun şəkildə planlaşdırılmaması poliqrafiya məhsullarının bir hissəsinin təhsil ilinə uyğun təmin olunmaması ilə nəticələnmişdir.

Satın alınacaq malların, işlərin və xidmətlərin xüsusiyyətlərinin tam nəzərə alınmaması fərqli xüsusiyyətlərə malik tələbatlar üzrə bərabər ehtimal qiymətlərinin müəyyənləşdirilməsi ilə nəticələnməklə dəyər və qiymət arasında uyğunluğun təmin olunması imkanlarını məhdudlaşdırmış, bir sıra hallarda isə müvafiq hesablamaların aparılmaması dövlət ehtiyaclarının baha qiymətlərlə ödənilməsinə şərait yaratmışdır.

Bir sıra hallarda satınalma metodlarının tətbiq edilməməsi, bağlanmış müqavilə şərtlərinin dəyişdirilməsi, həmçinin əsas şərtlər toplusunun iddiaçıların iştirakını məhdudlaşdıran şərtlərlə tərtib olunması, eləcə də tələb olunan texniki şərtlərə cavab verməyən iddiaçıların qalib elan olunması sahibkarların bu satınalmalarda rəqabətli iştirak payının tam təmin edilməsi imkanlarını da məhdudlaşdırmışdır.

Audit prosesində ehtiyacların mövcud resursların real dəyərləndirilməsi aparılmadan qiymətləndirildiyi müəyyən olunmuşdur ki, bu da bir tərəfdən dövlət vəsaitlərinin əlavə istifadəsinə, digər bir tərəfdən isə 2,0 mln. manatdan çox dəyərə malik aktivlərin ildən-ilə istifadəsiz saxlanılmasına şərait yaratmışdır.

Yemək təchizatı ilə bağlı menyuların dəyişdirilməsinə yol verildiyi, əvvəlki auditdən fərqli olaraq yeməklərin kalori tutarının saxlanılması fonunda dəyişdirilmə zamanı daha baha menyulara üstünlük verildiyi müəyyən olunmuşdur ki, bu da son nəticədə icra prosesində 1(bir) şagirdə düşən yemək xərcinin artırılmasına və dövlət vəsaitinə əlavə tələbatın yaranmasına səbəb olmuşdur.

Funksional fəaliyyəti əhatə edən müqavilələr çərçivəsində şərtlərin düzgün formalaşdırılmaması və öhdəliklərin icrasına nəzarətin təmin edilməməsi bəzi hallarda yerinə yetirilməmiş işlər və xidmətlər üzrə 696,8 min manat məbləğində ödənişə şərait yaratmışdır ki, bu artıq vəsait icrası ilə nəticələnməklə yanaşı məqsəd-nəticə uyğunluğunun təmin edilməsi vəziyyətinin ədalətli qiymətləndirilməsinə şərait yaratmamışdır.

Müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı nəzarət mexanizmlərinin tətbiq edilməməsi 92,0 mln. manat məbləğində 11 müqavilənin vaxtında icra olunmaması ilə nəticələnməklə yanaşı, satınalmaların nəticəliliyinin tam təmin edilməməsinə, cərimələrin hesablanmamasına şərait yaratmışdır.

Bir sıra hallarda avans ödənişləri ilin sonunda həyata keçirilməklə istifadə edilməmiş vəsaitlərin büdcəyə qaytarılmaması məqsədini daşımış, əsaslandırıcı sənədlər tələb olunmadan ödənişlər həyata keçirilmişdir.

Həyata keçirilmiş funksiyalar əsasında formalaşan maliyyə vəsaitlərinin düzgün idarə edilməməsi nəticəsində avans ödənişi ilə bağlı müəyyən edilmiş hədlər gözlənilməmiş, istifadə olunmayan vəsaitlərin büdcəyə qaytarılmasından yayınmaq məqsədilə akkreditiv ödənişlər həyata keçirilmiş, bu isə ödənişlər və görülmüş işlər arasında uyğunluğun ədalətli qiymətləndirilməsinin məhdudlaşdırmasına səbəb olmuşdur.

Auditin nəticələri üzrə 2022-ci ilin sonunda akkreditiv hesablara yönəldilmiş vəsaitlərdən nəzarət tədbirinin sonuna qədər 12,9 mln. manat tam məbləğdə bağlanılmış, 4,2 mln. manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilmiş və işlər yerinə yetirilmiş, qəbul olunmuş Kollegiya Qərarında 102,4 min manatın bərpasının təmin edilməsi ilə bağlı bənd əks olunmuşdur.

06.12.2023 11:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ