Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycana daxil olan və çıxan valyuta üzrə son vəziyyət açıqlandı

Cari əməliyyatlar balansının profisiti 17.7 milyard dollardan 6.7 milyard dollara düşüb (2,6 dəfə azalıb). Əsas səbəb neft və qaz qiymətlərinin düşməsi nəticəsində gəlirlərin azalmasıdır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana daxil olan və çıxan valyuta üzrə son vəziyyət açıqlandı

2023-cü ilin 9 ayın yekunları üzrə Azərbaycan Respublikasının tədiyə balansı açıqlanıb.

Marja.az hesbata istinadən xəbər verir ki, 2023-cü ilin 9 ayı üzrə tədiyə balansı əsasən neft və qaz qiymətlərinin əlverişli olması, qeyri-neft-qaz ixracının artması və kapitalın və maliyyənin hərəkəti hesabında müsbət meyllərdən təsirlənmişdir.

Cari əməliyyatlar balansında (CƏB) 6.7 mlrd. dollar, kapital və maliyyənin hərəkəti hesabında isə 0.4 mlrd.dollar profisit yaranmış, ehtiyat aktivləri 6.4 mlrd. dollar artmışdır. Bu dövrdə xam neftin orta qiyməti 83 dollar/barel olmuş, qeyri-neft-qaz ixracı isə 17% artaraq 2.4 mlrd.dollar səviyyəsində formalaşmışdır. 

Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin 9 ayı üzrə cari əməliyyatlar balansında 17.7 mlrd. dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 9.6 mlrd.dollar kəsir yaranmış, ehtiyat aktivləri 7.6 mlrd.dollar artmışdı. Bu dövrdə xam neftin orta qiyməti 107 dollar/barel  olmuş, qeyri-neft-qaz ixracı isə 21.5% artaraq 2.0 mlrd.dolla səviyyəsində formalaşmışdı.

CARİ ƏMƏLİYYATLAR BALANSI (CƏB)

Qeyd edilib ki, 2023-cü ilin 9 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 6.7 mlrd. dollar və ya ÜDM-in 12.5%-ni təşkil etmişdir (2022-ci ilin 9 ayı üzrə 17.7 mlrd. dollar profisit olmuşdur). Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 43.8% azalaraq 12.1 mlrd. dollar, qeyri-neft-qaz sektoru üzrə CƏB-in kəsiri isə 44.2% artaraq 5.4 mlrd. dollar məbləğində olmuşdur.

Xarici ticarət balansı

2023-cü ilin 9 ayı üzrə xarici ticarət dövriyyəsi 33.7 mlrd.dollar təşkil etmiş, neft-qaz sektoru üzrə 16.6 mlrd.dollar həcmində profisit qeyri-neft-qaz sektoru üzrə 6.6 mlrd.dollar həcmində kəsiri bağlamışdır. Nəticədə hesabat dövründə xarici ticarət balansında 10.0 mlrd.dollar həcmində profisit yaranmışdır. 2023-cü ilin 9 ayında Azərbaycanın dünyanın 193 ölkəsi ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 13.3%-i MDB üzvü olan ölkələrin, 86.7%-i isə digər xarici ölkələrin payına düşür.

Əmtəə ixracı

Hesabat dövründə əmtəə ixracı 30.1% azalaraq 21.8 mlrd.dollar təşkil etmişdir. Dövr ərzində əsasən dünya neft bazarlarında xam neftin və təbii qazın qiymətlərinin əlverişli olması şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 19.4 mlrd.dollar olmuşdur. İxrac olunmuş neft-qaz məhsullarının (19.4 mlrd.dollar) 12.3 mlrd.dolları xam neftin, 6.5 mlrd.dolları təbii qazın, 0.6 mlrd. dolları isə neft emalı məhsullarının payına düşür. 2023-cü ilin 9 ayı üzrə qeyri-neft-qaz ixracı 17.3% artaraq 2.4 mlrd.dollar olmuşdur.

Əmtəə idxalı

2023-cü ilin 9 ayı üzrə əmtəə idxalı ö.i.m.d.n. 24.3% artaraq 11.8 mlrd. dollar təşkil etmişdir, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 4.8 mlrd. dollar olmuş, bunun da 1.4 mlrd.dolları ərzaq məhsullarının payına düşür. Qeyri-neft-qaz sektoru üzrə idxal 14.3% artaraq 9.0 mlrd.dollar olmuşdur. Qeyri-neft-qaz idxalının strukturunda minik avtomobillərinin (83.4%), gəmilər, qayıqlar və üzən konstruksiyaların (74.0%), ətir və kosmetik vasitələrinin (47.1%), mebel məhsullarının (27.1%), sabun və yuyucu vasitələrinin (20.9%), şəkərin (16.8%), metalların (13.8%), tütün məhsullarının (12.4%), daş və şüşə məmulatlarının (12.0%), alkoqollu və alkoqolsuz içkilərinin (7.9%), ağac məmulatlarının (6.3%) və kağız məmulatlarının (3.4%) idxalı artmışdır. Bu dövrdə, dəmiryol nəqliyyat vasitələrinin (99.6%), daxiliyanma mühərriklərinin (86.1%), bitki yağlarının (34.2%), dənli bitkilərin (14.2%), kərə yağının (13.9%), tərəvəz məhsullarının (12.5%) və əczaçılıq məhsullarının (5.5%) idxalı isə azalmışdır. 

İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 4.1% təşkil edərək 0.5 mlrd.dollar olmuşdur.

Xidmətlər balansı

2023-cü ilin 9 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 10.8 mlrd.dollar təşkil etmişdir. Bunun 6.3 mlrd.dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 4.5 mlrd.dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 10.3% azalaraq 1.7 mlrd.dolları olmuşdur. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 1.5 mlrd.dolları (5.5% artım) olmuşdur. Qeyrineft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 0.2 mlrd.dollar (53.3% azalma) olmuşdur. 

Qarşılıqlı xidmətlər dövriyyəsinin 31.9%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 3.4 mlrd.dollar olan nəqliyyat xidmətlərinin 61.9%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olmuşdur. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 2.1  mlrd.dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1.3 mlrd.dollar təşkil etmişdir.

Dövr ərzində qeyri-neft-qazsektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ö.i.m.d.n. 12.4%, idxalı isə 5.1% azalmışdır. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 2023-ci ilin 9 ayında 17.1% artaraq 0.8 mlrd.dollara yüksəlmişdir. Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2022- ci ilin 9 ayında 0.7 mlrd.dollar olmuşdur.

2023-cü ilin 9 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 49.4% artaraq 2.0 mlrd.dollar təşkil etmişdir. Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (1.1 mlrd.dollar) idxalı (0.9 mlrd.dollar) üstələməsi nəticəsində 0.2 mlrd.dollar həcmində profisit yaranmışdır. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 24.7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 32.1% artmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 0.9 mlrd.dollar olmuşdur. Bunun 73.8%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla).  

Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 14.1% azalaraq 28.2 mln.dollar təşkil etmişdir. Qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 26.6% artaraq 0.9 mlrd.dollar olmuşdur.

2023-cü ilin 9 ayı ərzində tədiyə balansının ehtiyat aktivləri 6.4 mlrd. dollar artmışdır. 2022-ci ilin 9 ayı ərzində tədiyə balansının ehtiyat aktivləri 7.6 mlrd. dollar artmışdı.

Ətraflı buradan tanış ola bilərsiniz.

Adətən, bir ölkə milli valyutasını devalvasiya edirsə, deməli, o ölkənin tədiyyə balansında kəsiri var. Yəni, ölkədən çıxan valyuta ölkəyə daxil olan valyutadan çoxdur. Dövlətlər kəsiri azaltmaq üçün devalvasiyaya gedirlər. Necə edilir? Dövlətlər devalvasiya edərək pul vahidlərinin dəyərini aşağı salırlar. Nəticədə xaricdən alınan məhsullar, yəni idxal bahalaşdığına görə azalır və daxili istehsal məhsullar ucuzlaşdığı üçün ixrac artır. Bu sayədə idxal və ixrac balansının tarazlaşdırılması məqsədi güdülür. Amma hər zaman devalvasiya uğurlu olmur və müsbət nəticə vermir. Əgər ixrac ediləcək məhsullar ölkədə yetərli miqdarda istehsal edilmirsə devalvasiya bir işə yaramır və idxal yenidən artır.

Cari əməliyyatlar balansına ölkənin  xarici ticarət balansı,  xidmətlər balansı, lkin gəlirlər balansı, təkrar gəlirlər balansı daxildir.  

Cari əməliyyatlar balansında və kapital və maliyyənin hərəkəti hesabında baş vermiş əməliyyatların nəticəsi olaraq ölkənin strateji valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Təcrübədə cari əməliyyatlar balansı profisitli olduqda, bu profisit kapital və maliyyənin hərəkəti hesabının kəsirini maliyyələşdirir. Əgər cari əməliyyatlar balansının profisiti kapital və maliyyənin hərəkəti hesabının kəsirini üstələyirsə, bu halda yaranmış fərq ehtiyat aktivlərini artıra bilər. 

Azərbaycan Cari əməliyyatlar balansı
15.12.2023 11:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Dəmir filizi ucuzlaşıb
Dəmir filizi ucuzlaşıb
05.07.2024 16:17
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ