Azərbaycanda 10 audit şirkətinin lisenziyası dayandırılıb - ADLARI
Azərbaycanda 10 audit şirkətinin və 6 sərbəst auditorun lisenziyası müvəqqəti dayandırılıb.
Bu barədə Auditorlar Palatasından bildirilib.
Məlumata görə, audit fəaliyyəti dayandırılan şirkətlər “Audit Planning and Strategy” MMC, "Bakinar Audit" MMC, "Capital Audit" MMC, "KF Audit" MMC, "East İnvest Finance and Accounting" MMC, “Max Audit” MMC, “Proqress Audit” MMC, “Rasional Audit” MMC, “Solutions Audit Services” MMC və “T. A. T Global Audit” MMC-dir.
Qeyd edilib ki, Auditorlar Palatası Şurasının qərarına əsasən sözügedən şirkətlər üzvlük haqqı borclarını bu il yanvarın 20-dək tam ödəmədikləri üçün yanvarın 22-dən onların audit fəaliyyəti dayandırılıb. Həmçinin, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə də məlumat verilib.
Auditorlar Palatasından o da əlavə edilib ki, sözügedən şirkətlərin konsaltinq xidməti göstərməsi ilə bağlı hər hansı bir məhdudiyyət tətbiq edilməyib. Üzvlük haqqları ödənildikdən sonra isə onların audit fəaliyyəti bərpa edilə bilər.
Qeyd edək ki, audit şirkətlərinin Palataya illik üzvlük haqqı 5972 manat, sərbəst auditorların üzvlük haqqı isə 2920 manat təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
35 d. əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
-
- 37 d. əvvəl
- 39 d. əvvəl
- 40 d. əvvəl
- 41 d. əvvəl
- 44 d. əvvəl
- 45 d. əvvəl
- 46 d. əvvəl
- 47 d. əvvəl
-
55 d. əvvəl
Maşın almaq istəyənlərə Xalq Bankdan sərfəli kredit – Şərtlər açıqlandı ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün ®




























