“AzərGold”ın istiqrazlarına fiziki şəxslərdən böyük sifariş - "PAŞA Kapital” məlumat yaydı
"PAŞA Kapital İnvestisiya Şirkəti” QSC “AzərGold” QSC -nin 20 milyon dollarlıq istiqraz emissiyasını uğurla həyata keçirib. "PAŞA Kapital"ın yaydığı məlumatda bildirilir ki, hüquqi şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi 9 milyon 350 min ABŞ dolları (43,4 %), fiziki şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi isə 12 milyon 171 min 800 ABŞ dolları (56,6%) təşkil edib.(®) On ildən artıqdır ki, Bakı Fond Birjasının üzvü kimi fəaliyyətini uğurla davam etdirən "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC anderrayter kimi çıxış etdiyi daha bir emissiyanı uğurla tamamlayıb.
“AzərGold” QSC tərəfindən buraxılan hər birinin nominal dəyəri 100 (yüz) ABŞ dolları, ümumi buraxlış həcmi isə 20 milyon ABŞ dolları həcmində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların yerləşdirilməsi 29 yanvar 2024-cü il tarixində uğurla başa çatmışdır.
“Bakı Fond Birjası” QSC-nin ticarət platformasında həyata keçirilmiş yerləşdirmədə hərrac zamanı 6 hüquqi və 59 fiziki olmaqla, 65 investor tərəfindən qiymət intervalı 100 (6%) ABŞ dolları və 101.3741 (5.5%) ABŞ dolları olan 68 sifariş təqdim edilib.
Sifarişlərin ümumi məbləği 21 milyon 521 min 800 ABŞ dolları təşkil etmişdir ki, bu da təklif olunan istiqrazların həcmindən 7.6 faiz çoxdur.
İstiqrazların kəsmə qiyməti 100.0000 (6%) ABŞ dolları, orta ölçülmüş qiyməti isə 100.0433 (5.9841%) ABŞ dolları olaraq müəyyən edilib.
Qeyd edək ki, hüquqi şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi 9 milyon 350 min ABŞ dolları (43,4 %), fiziki şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi isə 12 milyon 171 min 800 ABŞ dolları (56,6 %) təşkil etmişdir. Xüsusi olaraq vurğulamaq istərdik ki, fiziki şəxslər tərəfindən təqdim edilmiş sifarişlərin həcmi sifarişlərin ümumi emissiya həcminə nisbətinə əsasən yüksək hesab olunur.
Buraxılışın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. AzərGold istiqrazları üzrə faiz (kupon) ödənişləri 29 yanvar 2024-cü il tarixindən hesablanmağa başlayacaqdır və ildə dörd dəfə 3 aydan bir ödəniləcəkdir.
Həmçinin qeyd edək ki, bu gün Bakı Fond Birjasında “AzərGold” QSC-nin yeni istiqrazlarının ticarətə buraxılması münasibətilə Açılış Zəngi tədbiri keçirilib. Tədbir zamanı qeyd olunub ki, AzərGold korporativ istiqrazlarının kapital bazarlarına daxil olması ölkənin qiymətli kağızlar bazarının inkişafında əhəmiyyətli bir mərhələ hesab olunur.
PAŞA Kapital İnvestisiya Şirkətinin sədri Ceyhun Hacıyev bildirib:
"Şirkət istiqrazlarının anderrayteri qismində iştirak edən PAŞA Kapital İnvestisiya Şirkəti fiziki şəxslərin investor kütləsini artırmaqla artıq 10 ildən çoxdur ki, bu istiqamətdə bir sıra böyük layihələri uğurla həyata keçirir. Əlavə olaraq da vurğulamaq istərdim ki, PAŞA Kapital, bundan sonrakı dövrdə də bu kimi layihələrdə aktiv iştirakını davam etdirəcək".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 16 saat sonra
-
- 8 d. əvvəl
-
13 d. əvvəl
Xəzər sahilində yerləşən, hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“FINCA Azerbaijan” 15% ödəməyə hazırdır - 5 milyon manat da borclanacaq
-
3 saat əvvəl
Samuxda təhlükəli xəstəlik şübhəsi - Təsərrüfata giriş-çıxış məhdudlaşdırıldı
-
3 saat əvvəl
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
-
4 saat əvvəl
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kredit portfeli 3,5 milyon manat kiçilib, investorlara borcu 2,3 dəfə artıb – “FINCA Azerbaijan”da nə baş verir?
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
Ən çox oxunanlar
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
Hacıqabul Sənaye Parkında yeni şirkət - 4,7 milyon manatlıq gübrə və biopestisidlərin istehsalı layihəsi
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
Avqustun 14-də gözlənilən hava şəraiti
Expressbank eyni gündə 2 filial açıb
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır





















