Mərkəzi Bank son hərraclarda böyük məbləğdə dollar satışına aydınlıq gətirdi
"Bu əsasən bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən ərzaq və kənd təsərrüfatı məhsulları) ilə əlaqədardır".Azərbaycan Mərkəzi Bankı 13 fevral 2024-cü il tarixində Mərkəzi Bankda keçirilmiş valyuta hərracında əvvəlki hərraclarla müqayisədə yüksək məbləğin, yəni tələbin 151,1 milyon ABŞ dolları təşkil etməsinin səbəblərini açıqlayıb.
Mərkəzi Bankdan Marja.az-a bildirilib ki, son hərraclarda valyutaya tələbin aktivləşməsi mövsümi xarakter daşıyır. Bu əsasən bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən ərzaq və kənd təsərrüfatı məhsulları) ilə əlaqədardır.
Qeyd edilib ki, 2024-cü ilin ötən dövründə valyuta hərraclarının 55%-də təklif tələbi üstələmişdir.
"Ümumilikdə isə qeyd etmək lazımdır ki, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Bu meyillərin davam etməsi halında 2024-cü ilin sonuna da cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir",- Mərkəzi Bankdan bildirilib.
Xəbər verdiyimiz kimi, 13 Fevral 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 151,1 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib (satış). Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır. 08 Fevral 2024-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 61,4 milyon ABŞ dolları təşkil etmişdi. 2024-cü ilin əvvəlindən bu yana keçirilmiş 11 valyuta hərracında banklara cəmi 788 milyon dollar satılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 34 d. əvvəl
-
- 51 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
1 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
2 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
2 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 24-də gözlənilən hava şəraiti
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur





















