“İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları" təsdiqlənib
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nı təsdiqləyib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, investisiya şirkətində korporativ idarəetmənin tətbiqini Müşahidə Şurası təmin edəcək. Şirkətin icra orqanı Şuranın təsdiqlədiyi strategiya və siyasətlərin effektiv icrasını təmin etməlidir.
Hər bir investisiya şirkəti strateji baxış və missiya bəyanatı əsasında strateji plan hazırlamalıdır. Strateji planı Müşahidə Şurası təsdiq edəcək. Strateji plan azı üç illik dövrü əhatə etməli, hər il başa çatdıqdan sonra ötən ilin nəticələri əsasında strateji plana yenidən baxılmalı, investisiya şirkətinin biznes modelində dəyişiklik baş verdikdə, habelə investisiya şirkətinin fəaliyyətinə təsir edən kənar mühitdə baş verən hadisələr və təhdidlər olduqda strateji planda müvafiq dəyişikliklər edilməlidir. Strateji plan və onda edilmiş dəyişikliklər təsdiq edildiyi tarixdən 30 gün ərzində məlumat üçün səhmdarların ümumi yığıncağına və AMB-yə təqdim edilməlidir.
Bundan başqa, Müşahidə Şurası investisiya şirkətinin, onun struktur bölmələrinin və törəmə təsərrüfat cəmiyyətlərinin qanunvericiliyə və investisiya şirkətinin daxili qaydalarına müvafiq qaydada fəaliyyət göstərməsinə nəzarət edəcək.
İnvestisiya şirkətinin gündəliyi Müşahidə Şurası, Audit Komitəsi və icra orqanı, habelə mühüm iştirak payına malik olan səhmdarlar və ya səsvermə hüququ olan səhmlərin azı 5 %-nin mülkiyyətçiləri olan səhmdarlar tərəfindən verilən təkliflər nəzərə alınmaqla tərtib olunacaq.
Müşahidə Şurası 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Üzvlərin sayı investisiya şirkətinin ölçüsünə və fəaliyyət istiqamətlərinə uyğun olaraq müəyyən ediləcək.
Müşahidə Şurasının üzvləri səhmdarların ümumi yığıncağı tərəfindən səhmdarlardan və ya müstəqil kənar şəxslərdən 3 ildən çox olmayan müddətə təyin edilən fiziki şəxslərdir. Şuranın üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər.
Hər bir investisiya şirkətində Audit Komitəsi yaradılmalıdır. Həmçinin Komplayens Komitəsi, Riskləri İdarəetmə Komitəsi, Korporativ İdarəetmə Komitəsi və ya digər komitələr yaradıla bilər. Komitələrin tək sayda azı 3 nəfər üzvü olmalıdır.
İnvestisiya şirkətində onun göstərdiyi xidmətlərin növünə, fəaliyyətinin xüsusiyyətlərinə və mühitinə, mürəkkəbliyinə və üzləşdiyi risklərə uyğun olan risklərin idarə edilməsi sistemi yaradılmalıdır. Bu sistem özündə 3 müdafiə xəttini birləşdirməlidir.
Bu Standartlar qüvvəyə mindiyi gündən 30 gün ərzində investisiya şirkətləri tərəfindən növbəti dövr üçün təsdiq olunan strateji plan AMB-yə təqdim edilməlidir.
Bu Standartlar qüvvəyə mindiyi gündən sonrakı iki il ərzində hər 6 aydan bir investisiya şirkətində korporativ idarəetmənin tətbiqinin bu Standartlara uyğunluğu investisiya şirkəti tərəfindən qiymətləndirilməli və qiymətləndirmə başa çatdıqdan sonra 15 iş günü ərzində nəticələri AMB-yə təqdim edilməlidir.
“İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları” bir il sonra qüvvəyə minəcək.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 3 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 gün sonra
- 57 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“McDonald’s Azərbaycan” şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib - FOTO
-
2 saat əvvəl
Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
-
3 saat əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
3 saat əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
3 saat əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
Dekabrın 27-də gözlənilən hava şəraiti
“McDonald’s Azərbaycan” şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib - FOTO
Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
Ən çox oxunanlar
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
Qızıl və gümüş rekord yenilədi
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Suriyada yeni pul vahidi dövrü başlayır



















