Azərbaycanın dövlət borcu artacaq, ilin sonunda 28 milyard manatı aşacaq
2025-ci ilin 01 yanvar tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcunun 5 milyard 214,4 milyon ABŞ dolları, daxili dövlət borcunun isə 19 milyard 310,8 milyon manat olmaqla ümumi dövlət borcunun 28 milyard 175,2 milyon manat təşkil edəcəyi gözlənilir.
Marja.az xəbər verir ki, bu, “2024-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi"ndə bildirilir.
Qeyd edilib ki, 2025-ci ilin 01 yanvar tarixinə xarici dövlət borcunun 49,1 faizinin 5 ilədək, 44,7 faizinin 5- 10 il ərzində, 6,2 faizinin isə 10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir. Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin 10 ilədək müddətə təqribən müvafiq istinad dərəcəsi üstəgəl 0,8 faiz dərəcəsi ilə, 10-20 illik müvafiq istinad dərəcəsi üstəgəl 1,0 faiz dərəcəsi ilə, 20 ildən artıq müddətə isə müvafiq istinad dərəcəsi üstəgəl 1,2 faiz dərəcəsi ilə cəlb olunması nəzərdə tutulur.
2025-ci ilin 01 yanvar tarixinə daxili dövlət borcunun 53 faizini daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazları təşkil edəcəkdir. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 19,5 faizi 1 illik, 72,6 faizi 2-3 illik, 7,9 faizi isə 5-7 illik istiqrazların payına düşməsi proqnozlaşdırılır.
Qeyd edəki ki, 2024-cü il 1 yanvar tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili vəxarici borc) 26 milyard 850,4 milyon manat və ya 2023-cü il üzrə ÜDM-in 21,8 faizini təşkil etmişdir. Ümumi dövlət borcunun 10 milyard 984 milyon manatı (6 milyard 461,2 milyon ABŞ dolları) və ya 40,9 faizi xarici dövlət borcunun, 15 milyard 866,4 milyon manatı və ya 59,1 faizi daxili dövlət borcunun payına düşür.
Dövlət büdcəsinin kəsiri
Yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsinin kəsiri 764,3 milyon manat artırılaraq 3 milyard 354,3 milyon manat məbləğinə çatdırılmışdır. Kəsirin artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait, vahid xəzinə hesabının sərbəst qalığı və Məqsədli Büdcə Fondlarının vəsaitinin qalığı hesabına təmin ediləcəkdir. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,8 faiz həcmində olacaqdır.
Dövlət büdcəsinin gəlirləri
2024-cü ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 36 milyard 388 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da ilkin təsdiq edilmiş proqnoz göstəricisinə nəzərən 6,5 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin 48,8 faizi və ya 17 milyard 769 milyon manatı neft-qaz sektorunun, 51,2 faizi və ya 18 milyard 619 milyon manatı qeyri-neft/qaz sektorunun payına düşür. 2024-cü ilin ilkin proqnoz göstəriciləri ilə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərin 605,0 milyon manat və ya 3,5 faiz, qeyri-neft/qaz sektoru üzrə isə 1 milyard 610 milyon manat və ya 9,5 faiz artması gözlənilir. Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft/qaz gəlirlərinin xüsusi çəkisi ilkin proqnoz göstəricisinə nisbətən 1,4 faiz-bənd artaraq 51,2 faiz təşkil edəcək.
Dövlət büdcəsinin xərcləri
2024-cü il dövlət büdcəsinin yenidən baxılmış xərclərinin 39 milyard 742,3 milyon manat səviyyəsində olacağı gözlənilir ki, bu da ilkin proqnoz göstəriciyə nisbətən 8,1 faiz çoxdur. Qeyd olunan 2 milyard 979,3 milyon manat məbləğində xərc artımının maliyyə təminatı 2024-cü il dövlət büdcəsinin gəlirlərinin 2 milyard 215 milyon manat, kəsirinin isə 764,3 milyon manat artırılması hesabına formalaşdırılmışdır. Bununla yanaşı, dövlət büdcəsinin təsdiq olunmuş bəzi xərclərinin optimallaşdırılması hesabına büdcə xərcləri daxilində 851,8 milyon manat məbləğində əlavə maliyyə təminatı yaradılmışdır. Bütövlükdə yaradılmış 3,8 milyard manat məbləğində maliyyə resurslarının 1 milyard 85,8 milyon manatının işğaldan azad olunmuş Qarabağ və Şərgi Zəngəzurda yenidənqurma işlərinin aparılmasına yönəldilməklə cari ildə Böyük Qayıdış Proqramı üçün ayrılan dövlət büdcəsinin vəsaitinin 5 milyard 85,8 milyon manata çatdırılması nəzərdə tutulmuşdur
Müştərilərin xəbərləri
Trendyol üçüncü Dayanıqlılıq Hesabatında karbon neytrallığı hədəfinin 70%-nə daha tez çatacağını açıqlayıb
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 10 d. əvvəl
- 31 d. əvvəl
-
49 d. əvvəl
“Araz” AI Challenge - 2025” müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTOLAR
- 1 saat əvvəl
-
1 saat əvvəl
ATV kanalına xəbərdarlıq edilib - "Reklam haqqında" qanun poulub
-
1 saat əvvəl
5 BOKT-un illik vergiyəqədərki mənfəəti 6 milyon manatdan az deyil
-
1 saat əvvəl
Ermənistan parlamentinin sədri Bakıya səfər etməyə hazır olduğunu bildirib
-
1 saat əvvəl
Vergi yükünün 30 faiz azaldılmasında məqsəd kirayə bazarı üzrə “ağarmaya” nail olmaqdır - VİDEO
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
ATV kanalına xəbərdarlıq edilib - "Reklam haqqında" qanun poulub
Vergi yükünün 30 faiz azaldılmasında məqsəd kirayə bazarı üzrə “ağarmaya” nail olmaqdır - VİDEO
Bankda "Qara cümə" kampaniyası
Ən çox oxunanlar
"İnvestor portalının mobil tətbiqinin hazırlanmasını hədəfləyirik"
"Qazaxıstan Dəmir Yolu": Azərbaycanla yük daşımaları kəskin artıb
ADY və Rusiya Dəmir Yolları arasında mühüm razılaşma
Noyabrın 27-də gözlənilən hava şəraiti
"Prime Cotton" şirkəti kənd təsərrüfatı texnika və avadanlıqlarının satışını elan edir
Bakcell və Visa tərəfdaşlığa başlayır
İri bank “Neftçilər”də yeni filial açdı

















.jpg)



