Gəlin yaşıl dünya naminə həmrəy olaq !
"Göstəriş, status nümayişi üçün olan hər şey israfa, israf da global təhlükəyə gətirib çıxarır""İstehlak xərclərinin manipulyasiyası, planlaşdırılmış köhnəlmə, konsumerizm karbon emissiyasını artıran əsas səbəblərdəndir. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının (COP29) ölkəmizdə keçirilməsi böyük hadisədir, xüsusi əhəmiyyət kəsb edir. Bu münasibətlə xalqımızı təbrik edirəm".
Bunu "MÜSİAD Azərbaycan"ın İdarə heyətinin sədri Rəşad Cabirli bildirib.
O, inanır ki, Bakıda keçirilən bu olduqca mühüm konfransda ölkəmiz və planetimizin faydası üçün əhəmiyyətli qərarlar qəbul ediləcəkdir:
"Karbon emissiyası nədir? İqlim niyə dəyişir ?
Hər şey çox sadədir. Karbon emissiyası atmosferə karbon dioksid (CO2) və digər istixana qazlarının buraxılması deməkdir. Bu qazlar insan fəaliyyəti nəticəsində atmosferə buraxılır, istilik tutan təbəqə yaradır və bunun nəticəsində planetin temperaturu artır, iqlim dəyişikliyinə səbəb olur.
1995-ci ildən bu istiqamətdə müzakirələr, mübarizələr aparılsa da artıq vəziyyətin kritik həddə gəldiyinin, önəmli qərarların qəbul olunmasınn və tətbiq olunması əhəmiyyətinin fərqindədir hər kəs.
Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan dünyanın ən böyük tədbiri sayılan COP29-un hədəfləri aşağıdakılardır.
1. İqlim Maliyyəsi büdcəsinin 1 trilyon dollara çatdırılması
2. Yeni milli hədəflərin müəyyənləşdirilməsi (2035-ci il)
3. İtki və zərər fonduna dəstəyin artırllması
4. Adaptasiya fondu, qlobal adaptasiya hədəfləri, illik 300 milyard dollardan çox olan maliyyə çatışmazlığının aradan qaldırılması
5. Karbon ticarəti, beynəlxalq səviyyədə tənzimlənən karbon bazarının yaradılması
İqlim dəyişikliyi ilə mübarizə üçün qeyd olunanlarla yanaşı cəmiyyətinin israflı istehlakının qarşısının alınması, yaşıl dünya naminə həmrəyliyin əməldə də özünü göstərməsi olduqca əhəmiyyətlidir.
Dünyanın ən dəyərli aktivi olan insan günümüzdə ehtiyacdan qat-qat çox istehlak etməyə davam edir.
1870-ci ildə başlayan ikinci sənaye inqlabı kütləvi istehsalın əsasını qoydu. 1969-cu ildə üçüncü, 2013-cü ildə başlayan dördüncü sənaye inqlabları kütləvi istehsala təkan verdi. Nəticədə həddindən artıq israflı istehsala gətirib çıxardı və beləcə malların təklifi istehlak tələbini üstələdi. Nə etmək lazım idi? Tələbi artırmaq. Buna görə də istehsalçılar istehlak xərclərini manipulyasiya etmək üçün planlaşdırılmış köhnəlmənin tətbiqinə və reklamların istifadəsinə başladılar. Nəticədə israfçı istehlak cəmiyyətinə, konsumerizmə gətirib çıxardı.
1929-cu ildə dünyada yaşanan iqtisadi böhran, klassik idarəetmədə insan faktoruna əhəmiyyətin verilməməsi, dəyişən cəmiyyət dəyərləri nəticəsində klassik idarəetmə 1930-cu ildə özünün pikinə çatdı, neo-klassik idarəetmənin başlanğıcı oldu. Neo-klassik idarəetmədə insan qaynaqları ön plana çıxdı, cəmiyyətdə insanın tələbləri də manipulyasiya edilməyə başladı. Nəticədə mən deyərdim israflı istehsal başladı. II dünya müharibəsindən sonra isə konsumerizm sürətlə inkişaf etdi. Günümüzdə də davam edən sistemli idarəetmə, reklam, planlanmış köhnəlmə, neyromarketinq və s. konsumerizmə rəvac verir.
Bu gün əkiz (yaşıl, rəqəmsal) transoformasiya, üçüz (yaşıl, rəqəmsal, sosial) transformasiyanın əhəmiyyətini daha yaxşı anlamağa başlayırıq.
Bəli, iqlim dəyişikliyinə səbəb olan karbon emissiyasının azaldılması, karbonun tutulması istiqamətində ciddi addımlar atılmalıdır. Eyni zamanda konsumerizmin, manipulyasiya ilə yaranmış kütləvi istehsal tələbinin qarşısı alınmalıdır ki, karbon ayaq izi azalsın.
Göstəriş, status nümayişi üçün olan hər şey israfa, israf da global təhlükəyə gətirib çıxarır. Düşünürəm ki, bu gedişlə karbon ticarəti bazarında ölkələr üzrə tətbiq olunacaq karbon emissiyasına qoyulan tələblər vətəndaşların istehlak tələbələrinə, limitlərinə də çevriləcək.
"Dərd yol göstərir"- deyib mütəfəkkir. Nə bilmək olar bəlkə bu dərd sayəsində doğru yolu daha aydın görəcik ?!
Əgər dərdin dərd olduğunun fərqinə varsaq təbii ki..
Bizlər sən və mən qəflətini aşıb "biz" şüuruyla hərəkət etməli, yaşıl dünya naminə həmrəy olmalı, ekoloji çevrəmizi qorumalıyıq!".
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 42 d. əvvəl
-
2 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
6 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi




















