Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞƏ BİLƏR
Bloomberg Əmtəə İndeksində (BCOM) yanvar ayında həyata keçiriləcək illik xüsusi çəki yeniləmələri qiymətli metallarda milyardlarla dollarlıq satışlara səbəb ola bilər. Deutsche Bank Research hesabatına görə, qızılın çəkisinin azalması qiymətinin təxminən 3 faizə yaxın geriləməyə səbəb ola bilər.Qlobal əmtəə bazarlarının ən mühüm göstəricilərindən biri olan Bloomberg Əmtəə İndeksi (BCOM) 2026-cı il üçün illik yenidən balanslaşdırma prosesinə daxil olur. Təxminən 109 milyard dollarlıq böyük aktiv həcmi tərəfindən izlənilən indeksdəki bu dəyişikliklər 9–15 yanvar 2026-cı il tarixləri arasında beş iş günü ərzində bazarlara əks olunacaq.
Marja.az xəbər verir ki, Deutsche Bank Research tərəfindən yayımlanan təhlilə görə, yenidən balanslaşdırma prosesinin ən nəzərəçarpan təsiri qiymətli metallar üzərində hiss olunacaq. İndeks qaydalarına əsasən, bir əmtəənin çəkisinin 15 faizi keçə bilməməsi tələbinə görə qızılın çəkisi 20,4 faizdən 14,9 faizə endiriləcək. Gümüşdə isə daha kəskin azalma baş verərək çəki 9,6 faizdən 3,94 faizə düşəcək.
Hesabatda yer alan həssaslıq analizinə əsasən, indeks fondlarından gələcək təxminən 2,4 milyon unsiyalıq qızıl satışı qızılın qiymətinin 2,5–3 faiz arasında düşməsinə səbəb ola bilər. Likvidlik analizlərinə görə gümüş və alüminiumun da ən yüksək satış təklifi ilə üzləşəcək metallar sırasında yer aldığı qeyd olunur.
Enerji qrupu və kakaoda tələbat artımı
Qiymətli metallardan fərqli olaraq, bu dövrdə enerji qrupu əmtəələri indeksdə paylarını artırır. WTI və Brent markalı xam neft, təbii qaz və qaz yağı mövqelərində çəkinin artırılması ilə bu məhsullara yeni fond axınlarının olacağı gözlənilir.
Yenidən balanslaşdırma prosesinin ən diqqətçəkən əmtəəsi isə kakaodur. Zəruri likvidlik və istehsal meyarlarını yenidən təmin edərək indeksə daxil edilən kakaonun, mövcud ticarət həcminə nisbətən ən yüksək nisbi tələbat artımını yaşaması proqnozlaşdırılır.
İndeks çəkiləri müəyyən edilərkən bazar reallıqlarını əks etdirmək məqsədilə üçdə iki nisbətində ticarət həcmi (likvidlik), üçdə bir nisbətində isə dünya istehsal göstəriciləri əsas götürülür. Yeni əmsallar yanvar ayının dördüncü iş günündə sabitləşdiriləcək və tətbiq dövrü boyunca qorunacaq.
Analitiklər 109 milyard dollarlıq fond həcminin yaradacağı bazar təsirini yaymaq məqsədilə əməliyyatların 5 iş gününə bölünəcəyini xatırladırlar. Keçmiş məlumatlar çəki dəyişikliklərinin adətən qiymətlərlə eyni istiqamətdə hərəkət etdiyini göstərsə də, Deutsche Bank mütəxəssisləri fondların həssaslığına və makroiqtisadi şərtlərə bağlı olaraq sapmaların baş verə biləcəyi barədə investorları xəbərdar edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
20 saat sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
13 saat sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
9 saat əvvəl
İkinci INMerge İnvestisiya Forumu qlobal investorları Bakıda bir araya gətirib
- 1 gün əvvəl
-
1 gün əvvəl
OpenAI Apple-a qarşı məhkəmə iddiası qaldırıb -Kommersiya sirlərinin oğurlanması ittihamı
- 1 gün əvvəl
-
2 gün əvvəl
Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib
-
2 gün əvvəl
Azərbaycan xaricdən daha az əczaçılıq məhsulu alıb, daha çox vəsait sərf edib
-
2 gün əvvəl
Almaniyanın proqram təminatı nəhəngi SAP ən azı 10 min iş yerini ixtisar etməyi planlaşdırır
-
2 gün əvvəl
Dövlətin balıqartırma zavodu özəlləşdirildi – 10 milyon manat sərmayə, 150 yeni iş yeri
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Afrikanın ən varlı iş adamı nəhəng neft emalı zavodunu birjaya çıxarır – 47 milyard dollarlıq rekord IPO
Noyabrın 29-da gözlənilən hava şəraiti
Dövlətin balıqartırma zavodu özəlləşdirildi – 10 milyon manat sərmayə, 150 yeni iş yeri
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda mənzil alanlar üçün 3 ödəniş seçimi: FAİZSİZ KREDİT, ipoteka və güzəştli kredit ®



























